“Qırmızı Xalıdan 9 Gəlin Makyajı İlhamı

Qırmızı Xalıdan 9 Gəlin Makyajı İlhamı

Təzə Yanaqlar

Toy makiyajınıza fərah bir toxunuş istəsəniz Kate Bosworth-un mərcan yanaqları sizə ilham versin. Sadə göz makyajınızı parlaq tonlardaki allıq və dodaq boyasıyla canlandıraraq optimist bir yay gəlini olun.

Zamansız Qırmızı

Adriana Lima-nın qırmızı dodaqları eyni zamanda həm cürətkar həm də minimaldır. Bu xarakterli rəngi modern kəsimli sadə gəlinliyinizlə kombin edib zamansız bir görünüm yaradın. Dərinizi parlaq göstərərək təzə bir görünüş əldə edə bilərsiniz.

Klassik Duman

Lea Seydoux-nun dumanlı makyajı, toy günündə çox şişirtmədən təsir edici bir görünüş əldə etmək istəyənlərin imdadına yetir. Hər gəlinlik və hər konseptə rahatlıqla uyğunlaşan bu joker makyajı Lea kimi natural, parlaq dodaqlar və göz kənarlarında (buruna doğru olan kənarlarda) parıltıyla tamamlamaq olar.

Çəhrayı Sehir

Toy makyajınıza qatacağınız fərah toxunuşu Kate Bosworth kimi dərinizdə istifadə etmək istəmirsinizsə Emma Stone kimi göz makyajınızda edin . Dumanlı makyajınızın arasından göz vuran çəhrayı və narıncı kimi yay tonlarıyla makyajınıza yeni və canlı bir toxunuş qatın.

Bürünc Kraliça

Torpaq tonları klassik bir gəlin makyajının əvəzolunmazlarındandır. Süpermodel Irina Shayk, rəng paletini bürüncün ən parlaq tonlarından seçərək gözəlliyinə eqzotik bir hava qatıb. Əgər toy gününüzdə nude bir makyaj istəyirsinizsə siz də parlaq tonlarla bu zamansız görünüşü yeniləyin.

Cazibədar Duruş

Əgər cildiniz yağlıdırsa və ya cildinizin parlaqlığından şikayətçisinizsə Kendall Jenner-in ultra mat makyajı sizə görədir. Ağırlığı göz ətrafına verəcəyiniz bu görünüşdə dodaqlarınızı və allığınızı seçərkən nude rəngləri ön planda tutmağınız məsləhətdir. Əlavə olaraq, mat makyajınıza zidd olmaması üçün təbii işıltılı bir highlighterdən istifadə edə bilərsiniz.

Ultra İşıltılı

Toyunuzun kraliçası siz olacağınıza görə bir az işıltıdan heç kimə zərər gəlməz. Natural tonlarla etdiyiniz makyajdan sonra Sara Sampaio kimi ultra işıltılı bir highlighter ilə üzünüzün yüksək bölgələrini aydınladaraq qonaqların gözlərini qamaşdırın. Qarabuğdayı bir dəriniz varsa qızılı tonlar, soyuq alt tonlu bir dəriniz varsa sampan rəngi və ağ tonları seçə bilərsiniz.

Minimal və Klassik

Təbii işıltılı, bronzer ilə istilik qatılmış bir cild, minimal göz makyajı və önə çıxan kirpiklərlə toy gününüzdə risksiz amma baş döndürücü bir görünüşə sahib olun. Bella Hadid-in bu makyajdakı vurucu toxunuşu olan torpaq tonlu dodaqlarla gözəlliyinizə rəng qatın.

Nağılvari toxunuş

Toy makyajınıza ekssentrik bir toxunuş qatmaq istəsəniz Gigi Hadid-in işıltı dərsi kimi olan bu makyajından ilham alın. Göz qıraqlarından, kirpik diblərinə vuracağınız zərlərlə nağılvari görüntü əldə edə bilər, dumanlı göz makyajınızı tamamlaya bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!