“Yağlı dərilər üçün tonal krem seçimi

Yağlı dərilər üçün tonal krem seçimi

Bu dəri tipinə sahib olan xanımlar mütləq yağlı dərilər üçün nəzərdə tutulmuş tonal kremlərə üstünlük verməlidirlər. Çünki yağlı dərilər sızanaqlara, qara nöqtələrə qarşı olduqca həssasdırlar. Belə dərilərdə tonal kremin dəri məsamələrini tutması qısa müddətdə üzdə çoxlu sayda sızanaq və əsasən də qara nöqtələrin yaranmasına səbəb olur.

Yağlı dərilər üçün nəzərdə tutulmuş bəzi tonal kremlərin tərkibində olan müəyyən maddələr isə sızanaq və civzələrlə mübarizə apardığından bu cür problemlərin də qarşısı alınmış olur.

Həmçinin, bir çox xanımlar dərilərinin yağlı olması səbəbindən tonal kremin üzlərində qalıcı olmamasından və ya üzlərində yağlı görüntü yaratmasından şikayətlənir. Əgər siz də bu cür problemlərlə qarşılaşırsınızsa, o zaman yağlı dərilər üçün nəzərdə tutulmuş "matlaşdırıcı" tonal kremlərdən istifadə etməklə bu problemin də öhdəsindən asanlıqla gələ bilərsiniz. Pudralı tonal kremlər də seçimləriniz arasında ola bilər.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!