Bir çox qadın daha gözəl və daha cəlbedici olmaq üçün makiyaja üz tutur. Amma, makiyaj zamanı edilən bəzi xətalar daha xoşa gəlməz bir görüntüyə səbəb ola bilir. Tez-tez təkrar olunanan makiyaj xətalarını sizə təqdim edirik.
Tonal krem seçimi
Tonal kreminizin rəngini doğru seçməklə həm daha təbii bir görünüşə sahib olmaqla yanaşı, həm də boynunuz və üzünüz arasında rəng fərqinin yaranmasının qarçısını almış olacaqsınız. Tonal krem seçimi edərkən doğru rəng tonunu tapmaq üçün tonal kremi çənə hissənizə çəkin və günəş işığında yoxlayın. Əgər rəng fərqi yaranmırsa, deməli doğru tonal kremi seşmisiniz.
Bundan başqa, sarı alt tonlu tonal kremlər çəhrayı alt tonlu tonal kremlərlə müqayisədə daha təbii görünür. Çəhrayı tonal krem istifadə etmək dərinizin süni görünməsinə səbəb ola bilər.
Konsiler tətbiq edərkən diqqətli olun!
Həddindən artıq konsiler tətbiq etmək həm süni bir görünüş yaradır, həm də göz altlarındakı qüsurları ortaya çıxarır. Konsiler seçərkən də tonal kremdə olduğu kimi, dəri rənginizdən ən çox 1 və ya 2 ton açıq konsiler ilə daha təbii bir görünüşə sahib ola bilərsiniz.
Konsileri yalnız göz altlarına tətbiq etmək də edilən səhvlərdən biridir. Bunun yerinə konsileri göz altını və yanaqları əhatə edən bir tərs üçbucaq şəklində tətbiq etmək daha təbii və xoş bir görünüş yaradır. Bundan başqa, sızanaqları gizlətmək üçün də göz altı konsileri istifadə etmək səhv seçimdir. İşıqlandırıcı xüsusiyyətə malik olan həmin konsilerlər sızanaqları daha da gözə çarpan edirlər.
Pudra tətbiqi
Dərinin parıldamaması üçün pudralar mütləqdir. Amma, bütün üzə pudra tətbiq etmək düzgün deyil. Yağlanan və parıldayan burun ucuna və çənə hissənizə tətbiq etməyiniz məsləhətdir. Bundan başqa, pudra seçərkən rəngli pudralardan uzaq olun. Şəffaf pudralar ilə daha təbii bir görünüş əldə edəcəksiniz.
Ənlik tətbiqini şişirtməyin!
Ənlik üzə rəng vermək üçün əla makiyaj vasitəsidir. Amma həddindən artıq tətbiq edildiyi zaman xoş olmayan bir görünüş yaranır.
Dodaq qələmi və pomada
Dodaqlarınıza pomada çəkməzdən əvvəl yaxşıca nəmləndirin və biraz tonal krem ilə pomadanızı daha qalıcı hala gətirin. Beləliklə, həm pomadanın qırışlara dolmasının qarşısını alacaqsınız, həm də pomadanız daha qalıcı olacaq.
Eyni zamanda dəri rənginizə uyğun pomada seçimi etmək də makiyajınızı daha təsirli hala gətirəcək.
Dodaq qələmi istifadə etmək istəyirsinizsə, pomadanıza uyğun tonda qələm seçməyə diqqət edin. Beləliklə daha təbii dodaqlara sahib ola bilərsiniz.
Tuş qalıqları və kirpiklər
Tuş tətbiq edərkən diqqətli olmaq makiyajınızın daha yaxşı görünməsi üçün vacibdir. Tuş qalıqları dəqiqələrinizi sərf edərək etdiyiniz makiyajınızı korlamaq üçün kifayətdir. Tuş tətbiq etdikdən sonra bir qulaq çubuğu ilə qalıqlardan azad ola bilərsiniz. Bundan başqa, tuşu alt kirpiklərinizə də tətbiq etdiyiniz zaman göz altlarınızdakı qüsurlar daha da ön plana çıxar. Bu səbəbdən yalnız üst kirpiklərinizə tuş tətbiq etməyə çalışın.
Daha təbii qaşlar
Qaşlarınızın əllə çəkilmiş kimi görünməsini istəmirsinizsə, təbii qaş rənginizə uyğun tonda məhsullar seçin. Əgər əsmər bənizlisinizsə, qaşlarınızı əsla qara məhsullarla boyamayın. Boz tonlardan istifadə edə bilərsiniz.
Dərinizi nəmləndirin!
Makiyajda edilən ən böyük səhvlərdən biri də dərini nəmləndirməməkdir. Quru və nəm olmayan bir dəridə makiyajın xoş görünməsi mümkün deyil. Səhər oyandıqda üzünüzü yuduqdan sonra mütləq nəmləndirin. Beləliklə, hamar və sağlam bir dəriyə makiyaj etmiş olacaqsınız.