“Ağrı hiss etmədən dikdaban ayaqqabı geyinə bilməyin sirləri

Ağrı hiss etmədən dikdaban ayaqqabı geyinə bilməyin sirləri

  • 17.05.2016

  • Moda
  • 3657

Ağrı hiss etmədən dikdaban ayaqqabını necə geyinə biləcəyiniz sizin üçün də maraqlıdırsa, yazımızı sonadək oxumağa davam edin.

Qalın dabanlar

Dikdaban ayaqqabıların ən sevdiyimiz cəhəti incə və cəlbedici dabanlarıdır. Amma bütün günü ayaqda keçirəcəksinizsə, sizə məsləhətimiz odur ki, qalın dabanlı ayaqqabılara üstünlük verəsiniz. Qalın dabanlar tarazlığı da qoruyaraq, yeriməyi asanlaşdıracaqdır. Bütün yükü ayağınızın ön hissəsinə vermədiyiniz üçün daha uzun müddət ağrısız gəzə biləcəksiniz.

Keyfiyyətli ayaqqabılar alın

Ucuz dikdabanlar keyfiyyətsiz materiallardan hazırlandığı üçün ayaqlarınızı zədələyə bilər. Buna görə də hələ bir neçə saat keçmədən ayağınızı incitməyə başlayacaqdır. Əgər uzun müddət rahat şəkildə dikdaban geyinmək istəyirsinizsə, əmin olduğunuz markanın ayaqqabılarını alın. Həqiqi dəridən hazırlanmış, yaxşı markanın məhsullarını əldə edin.

Ayaq tipinizə uyğun ayaqqabı seçin

Heç bir ayaq bir digəri ilə eyni deyildir. Bəzi ayaqlar incə uzun, bəziləri isə daha enlidir. Siz də öz ayaq tipinizi tanıyın və ayaqqabınızı ona uyğun seçin. Hansı modellərdə daha rahat olduğunuzu müşahidə edin və ayaqqabı aldığınız zaman bu seçimlərinizə sadiq qalın. Misal üçün dar burunlu ayaqqabılar barmağınızı sıxıb, daha narahat gün keçirməyinizə səbəb olacaq. Əgər daha rahat ayaqqabı axtarırsınızsa, dairəvi və ya geniş burunlu ayaqqabılar alın.

Ayaqlarınızı yuxarıda tutun

Əgər bütün gün ərzində ayaqlarınız eyni ayaqqabının içində qalacaqsa, qan dövranı səbəbindən şişəcək və ağrınız get-gedə artacaq. Bu tip hallar üçün fürsət tapdıqca ayağınızı havaya doğru qaldırın. Əgər ofisdəsinizsə, masanızın altından ayağınızı hündürə qaldırın və ya gün ərzində istirahət etdirərək ayaqlarınızı dincəldin. 5 dəqiqəlik bir istirahət ayaqlarınızın uzun müddət rahat olmasına kömək edəcək.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!