Yazda birdən-birə dəyişən havalarda nə geyinəcəyimiz mövzusunda həmişə tərəddüd içərisində oluruq. Bu cür havalar üçün məsləhətləri bu yazımızda qeyd etdik.
Yaz aylarını çox sevsək də, dəyişkən havalarda bəzən nə geyinəcəyimizi bilmirik. İsti başlayıb axşama doğru azalan temperatur, külək geyindiyimiz geyimlərə görə peşman olmağımıza səbəb olur. Siz də məsləhətlərimizdən ilhamlanaraq öz stilinizi yarada bilərsiniz.
Şalvar rahatlığı
Bu cür havalarda ən yaxşı geyim incə şalvarın üzərindən geyinilmiş qısa qollu köynəkdir. Havanın sərinləməsini nəzərə alaraq üzərindən uzun qollu geyimlər götürə bilərsiniz. Ayaqqabı seçiminizi isə hər iki mövsümə uyğun olan modellərdən edin.
Don havası
Havaların necə olmasından asılı olmayaraq don geyinməyi sevənlərdənsinizsə, uzun qollu bir dona ehtiyacınız ola bilər. Sport stildə ayaqqabılar ilə kombinasiya edəcəyiniz bir donu sərin hava üçün cins pencək ilə tamamlaya bilərsiniz. Hər ehtimala qarşı özünüzlə şal da götürün.
Şortik
Havalar hələ çox sərin olduğu üçün şortik geyinmək üçün tələsməyin. Yüksək belli şortik seçmək olar. Sport ayaqqabılar və rahat çanta ilə dəstləşdirə bilərsiniz.