“Sizi zərif göstərən 8 moda sirri

Sizi zərif göstərən 8 moda sirri

  • 30.04.2016

  • Moda
  • 6612

Əgər daha incə və uzun görünmək istəyirsinizsə, mütləq düzgün geyim stilinə sahib olmalısınız. Sizi daha incə göstərən geyiminizdəki incə detallardır. Bir az kök və orta boylusunuzsa, aşağıdakı təkliflərimizə göz gəzdirməyiniz kifayətdir.

Geyim mövzusunda bədəninizi tanıyaraq və ən düzgün stili seçərək özünüzü həmişəkindən daha zərif və uzun göstərə bilərsiniz. İndi isə addım-addım detallara göz gəzdirin.

1. Dar və düz donlar

Zərif görünmək üçün dar və düz donlar seçə bilərsiniz. Tünd və tək rəngli, dizüstü, nə çox dar, nə də çox bol olan donlardan istifadə etsəniz, zərif görünəcəksiniz. Parça seçiminə mütləq diqqət yetirin. Mat parçalar seçin. Parlaq parçalar sizi olduğunuzdan daha kök göstərəcək. Əgər çox köksünüzsə, korsetdən istifadə edin. Əgər üstündən bir jilet geyinsəniz, artıq çəkilərinizi gizlətmiş olacaqsınız.

2. Qələm ətək

Əksər qadınlar qələm ətəklə bağlı səhv fikirdədirlər. Qələm ətək geyinsələr, daha çəkili görünəcəklərini fikirləşirlər. Ancaq əksinə qələm ətək insanı daha incə göstərir. Ətəyin uzunluğunu ayaq qalınlığına görə seçmək lazımdır. İncə ayaqlar daha qısa geyinə bilərlər, qalın ayaqlar isə uzun ətək seçməlidirlər.

3. V Yaxa

V yaxalı libaslar və üst geyimləri seçərək daha zərif və uzun görünə bilərsiniz. Üst geyiminizi alt geyiminizə uyğun dəstləşdirsəniz, uzun və zərif görsənəcəksiniz.

4. Pencək

Tək düyməli pencəklər sizi zərif göstərəcək. Ancaq parçasında çox diqqəli olmalısınız.

5. Butulka cins şalvar

Hər kəs cins şalvar geyinməyi xoşlayır, ancaqbədəninizə uyğun cins şalvar geyimi seçmək çətindir. İncə görsənmək istəyirsinizsə, butulka model və heç bir detalı olmayan sadə cins seçməlisiniz.

6. Düz şalvar

Əgər zərif görsənmək istəyirsinizsə, cibli, bəzi yerlərində qatları olan şalvarları elə indi qarderobunuzdan çıxardıb, atın. Sizin üçün ən düzgün seçim düz şalvardır.

7. Uzunburun ayaqqabı

Ayaqqabı bütün stilinizi tamamlayacaq. Buna görə də tünd göy, qara və ya bənövşəyi rəngli uzunburun ayaqqabılar seçin. Uzunburun, dikdaban ayaqqabılar sizi zərif və uzun göstərəcək.

8. Əl çantası

Çiyninizə taxdığınız və ya qol altında apardığınız kobud çantalar yaxşı görsənmir. Zərif və kiçik ölçülü əl çantaları seçməyə üstünlük verin. Xüsusilə aşağı nahiyələri böyük olan xanımlar çiyindən asılan çantaları qardiroblarından çıxarıb, atmalıdırlar.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!