“Qüsursuz tərzə sahib olmaq üçün bu 4 moda məsləhətinə əməl edin.

Qüsursuz tərzə sahib olmaq üçün bu 4 moda məsləhətinə əməl edin.

  • 19.04.2016

  • Moda
  • 3043

Gözü yumulu güvənəcəyiniz bir dərzi tapın.

Tam stilinizə uyğun olan geyimi axtarıb tapmısınız? Amma üstünüzdə oturmur? Elə isə nə istədiyinizi bilən və sizi çox gözəl anlayan dərzinizin yolunu tutmağın vaxtı gəlib çatıb. Bəyəndiyiniz paltar asılqanda gözəl göründüyü halda sizin bədəniniz üçün uyğun deyilsə, geyimlərinizi dərzidə düzəltdirməkdən çəkinməyin. Hətta imkanınız varsa, geyimlərinizi öz bədəninizə uyğun tikdirin.

Alt paltarı seçimində keyfiyyət və rahatlığa diqqət edin.

Ən az geyiminiz qədər vacib olan bir digər şey də alt paltarınızdır. Əgər onlarla özünüzü rahat hiss etmirsinizsə, dünyanın ən rahat cins şalvarı belə sizə narahatlıq verəcək. Bədəninizə uyğun və rahat alt paltarları seçməyə üstünlük verin.

Geyiminizi bir boyunbağı və ya şarf ilə tamamlayın.

Bəzən nə geyinsək də, nəyinsə çatışmadığını hiss edirik. Bax belə vaxtlarda xilasediciniz bir aksesuar və ya şərf ola bilər. Ən sadə geyiminizi belə rəngarəng bir şərf ilə və ya kiçik, zərif bir sırğa ilə dəyişdirə bilərsiniz. Seçiminizi edərkən saç düzümünüzü də nəzərə alın.

Bədəninizi mənimsəyin.

Moda jurnallarındakı ideal bədənə sahib olmağa məcbur deyilsiniz. “Sonra arıqlayaram” düşüncəsi ilə alış-veriş edərək, ölçünüzə uyğun olmayan geyimlər almağın faydalı olmadığını yəqin ki, bir neçə dəfə görmüsünüz. Bunun yerinə, bədəninizi tanıyaraq gözəl cəhətlərini ön plana çıxaran, qüsurları isə gizləyən geyimlər almağa çalışın.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!