Qısa modellər ayaqları uzun göstərir. Əgər armud bədən quruluşuna sahibsinizsə, qısa palto modellərini seçməməlisiniz.
Palto seçərkən ən çox diqqət edilməli olduğunuz şey paltonun uzunluğudur.
Minion bir bədən quruluşuna sahibsinizsə, qısa balon paltolar, jaketlər zövqünüzə hansı uyğundursa, onu seçə bilərsiniz. Qısa paltolar həm də boyunuzu hündür göstərəcəkdir.
Orta uzunluqdakı paltolar, xüsusilə də bel və ayaq hissəsində kiloları olan qadınlar üçün idealdır. Bu uzunluqda olan paltoları alarkən diqqət etməniz gərək şey isə zövqünüzə uyğun olmasıdır. Belinizi daha incə göstərmək üçün beldən kəmərli modellərə də üstünlük verə bilərsiniz.
Diqqət etməli olduğunuz daha bir şey isə, paltonun cibləridir. Əgər artıq çəkiləriniz varsa, paltonun cibləri həmin hissələrdə olmamalıdır. Cib kəsikləri görünməyə paltoları da seçə bilərsiniz.
Əgər boyunuzun qısa görünməsini istəmirsinizsə, arxası uzun və önə doğru qısalan modellər diqqətinizdə olmalıdır.
Əgər boyunuz uzundursa, dizin altına qədər uzanan paltoları seçə bilərsiniz.
Yaxa hissəsi geniş olanlar isə uzun boylu xanımların bədən quruluşunu daha yaxşı göstərəcəkdir.