“Məşhurların moda sirləri

Məşhurların moda sirləri

  • 23.03.2016

  • Moda
  • 2508

Daha gözəl geyinmək və stil sahibi olmaq üçün moda ikonalarının sirlərindən faydalanmaq istəyərdinizmi? Görək məşhurlar geyimlərində nələrə diqqət edirlər?

Gözəl geyinmək və yaxşı stilə sahib olmaq bəzilərinin öz içində var. Nə geyinsə, özünə yaraşdıran və moda dünyasında yeni cığır açan moda ikonaları da əlbəttə bu kateqoriyadandır. Gözəl geyinmək onlar üçün çox asan olsa da, onların belə öz stillərinə uyğunlaşdırdığı və heç vaxt əl çəkə bilmədikləri bəzi qaydaları var. Siz də daha yaxşı geyinmək və yaxşı stilə sahib olmaq üçün onların sirlərindən faydalana bilərsiniz. Onların stil sirləri sizə daha yaxşı bir tərz əldə etməyə kömək edəcək.

Bədəninizi tanıyın

Gözəl geyinməyin ən birinci qaydası bədəninizi yaxşı tanımaqdır. Geyindiyinizdə sizi birdən-birə gözəl göstərən geyimlər sizin ilk seçimləriniz olmalıdır. Misal üçün incə beliniz varsa, belə oturan ətək və ya donlar seçə bilərsiniz. Beləliklə belinizi vurğulamaq mümkün olacaq. Ya da ayaqlarınızın gözəlliyinə güvənirsinizsə, qısa ətək və donlar geyinə bilərsiniz.

Sadəlikdən əl çəkməyin

Hər nə qədər məşhurlar bir-birindən fərqli geyimlər geyinsələr də, əslində onların da xilasedici geyimləri sadə olanlardır. Əgər sadə geyimləri necə dəstləşdirəcəyinizi bilmirsinizsə, qara bir şalvarla ağ köynək geyinə bilərsiniz. Nə olursa olsun, vacib olan bəsit şeyləri birlikdə doğru istifadə edə bilməkdir.

Rəngli və naxışlı şeylərdən qorxmayın

Sadə geyimlər nə qədər xilasedici olsalar da, rəng və naxışları düzgün istifadə edə bilmək gözəl geyinə bilən qadınların əsas xüsusiyyətlərindən biridir. Sizə hansı rənglərin daha yaxşı yaraşdığını və hansı rəngləri birlikdə istifadə etməyin daha doğru olduğunu bilmək vacibdir. Daha güclü bir tərzə sahib olmaq üçün naxış və rəngləri daha cəsur bir şəkildə istifadə etmək lazımdır.

Xətli geyimlərlə dostlaşın

Xətli geyimlər demək olar ki, hər bir məşhurun dolabında olan geyimlərdəndir. Belə geyimləri asan dəstləşdirmək olur. İstər üfüqi, istərsə də şaquli xətli olsun, zövqünüzə uyğun bir geyim hər zaman işinizə yarayacaq.

Aksesuarlarla rəng qatın

Geyimlərinizə ən böyük köməyi göstərən şey aksesuarlardır. Nə qədər sadə geyinsəniz də, gözəl seçilmiş bir aksesuar sizi birdən-birə olduğunuz yerin ən gözəl qadınına çevirə bilər. Bir-birinə uyğun aksesuarlar seçmək dəbli qadınların xüsusiyyətlərindən biridir.

Cəsarətli olun

Ətrafınızdakılar geyimlərinizlə bağlı mənfi fikirlər bildirəcək və ya tərzinizi anlamayacaq deyə düşünürsünüz? Siz özünüzdən əmin olduğunuz müddətcə başqalarının nə düşündüyü o qədər də vacib deyil. İstədiyiniz kimi geyinməkdən çəkinməyin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!