“Beli incə göstərən geyimlər

Beli incə göstərən geyimlər

  • 26.01.2016

  • Moda
  • 3168

Modanın ən gözəl tərəflərindən biri də geyimlərinizlə bədəninizi istədiyiniz ölçüyə sala bilməyinizdir. Beliniz qalındırsa, geyimlərinizdə bir neçə nüansa diqqət edərək daha incə göstərməyiniz mümkündür.

Beli necə incə göstərmək olar?

Bunun üçün iki yol var: ya diqqətləri belinizdən uzaqlaşdırmalısınız, ya da belinizi incə göstərən geyimlər geyinməlisiniz.

Beli incə göstərmək üçün çiyinlər və aşağı nahiyələrə diqqət yetirmək əsas nüanslardan biridir. Beliniz və aşağı nahiyələriniz böyükdürsə və buna baxmayaraq belinizi incə göstərmək istəyirsinizsə, aşağı nahiyənizi böyük göstərən geyimlər seçməlisiniz. Trapes ətəklər sizin ən böyük köməkçiniz olacaq. Şalvar geyinəndə isə qalın kəmərlərdən istifadə edin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!