“Çantalar xarakterinizdən bəhs edir

Çantalar xarakterinizdən bəhs edir

  • 22.01.2016

  • Moda
  • 1692

Sadəcə geyiminiz deyil eyni zamanda istifadə etdiyiniz aksesuarlar da xarakterimizi ifadə edir. Bəyəndiyiniz və istifadə etdiyiniz çantalar da bu aksessuarlardandır. Bir çox çantamız olsa belə içərisindən birindən əl çəkmirik və tez-tez ondan istifadə edirik. Çünki o əslində bizi yansıdır.

Böyük çantalar

Böyük çantalardan istifadə edirsinizsə, etimadda olmağı xoşlayırsınız. Həyatınızda sizi tamamlayan, hər istədiyinizdə və əlinizi atdığınızda ondan istifadə etmək istəyirsiniz. Biraz dağınıq ola bilərsiniz. Vaxt sizin üçün mühüm deyil, həyatı qəbul etdiyiniz kimi yaşayırsınız. Özünüzü qarantiyaya almaq və heç kəsə möhtac olmadan yaşamaq istəyirsiniz. Ən əsası da hər zaman hamıya yardım əli uzadırsınız.

Qısa qulplu çantalar

Qısa qulplu çantalardan istifadə edirsinizsə, nizamlı və təmizkarsınız. Lazımsız heç nəyi özünüzlə götürmürsünüz. Praktik, dəqiq və cəld davranmağı xoşlayırsınız. Öz ayaqları üzərində duran və ağıllı qadınsınız. Hər şeyi özünüz idarə etmək istəyirsiniz, lazımsız detallara vaxt ayırmırsınız. İş və sosial həyatda hər zaman müvəffəqiyyətli olmaq tək arzunuzdur.

Uzun qulplu çantalar

Uzun qulplu çatalardan istifadə edirsinizsə, özünüzü sərbəst hiss etməyi xoşlayırsınız. Sizin üçün rahatlıq ön plandadır. Çox enerjili və rahat hərəkətləriniz var. Biraz inadkarsınız. İdman stilində geyinməyi xoşlayırsınız. Dəbli gecə libasında belə rahat olmaq sizin üçün çox vacibdir.

Klaçlar

Klaçları xoşlayırsınızsa, görünüşünüzə çox diqqət edirsiniz. Çantanız, zərif görünüşünüzü tamamlayan əsas aksessuarlardan biridir. Biraz dəbdəbəli həyat tərziniz var. Hər zaman gülərüzlü və nəzakətli davranmağa diqqət yetirirsiniz. Vəfalı və yumşaq qəlblisiniz. Diqqət mərkəzində olmağı xoşlayırsınız. Başqalarının mənfi fikirləri sizin üçün əhəmiyyətsizdir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!