“Moda haqqında nələri bilirsiniz?

Moda haqqında nələri bilirsiniz?

  • 20.11.2015

  • Moda
  • 4814

Moda cəmiyyət həyatına dəyişiklik ehtiyacı və ya bəzənmək arzusu ilə girən keçici yenilikdir. Moda ümumi bir anlayışdır. Günlük həyatın çeşidli sahələrində bir müddət hakim olan zövq anlayışına deyilir. İnsanların ümumiyyətlə istifadə etdiyi hər şeydə moda axınları olmuşdur. Ancaq moda dünyada ən çox və ən geniş olaraq geyim mövzusunda görünür. Xüsusilə qadınlara aid hər növ geyim əşyası və bəzək formalarının mövsümlərə və illərə görə modası dəyişməkdədir.

Evdar xanımlara yardım edilməsi baxımından yeni kəşf və modelləri jurnallarda moda adı ilə qeyd edirlər. Modanın tarixçəsi minlərlə il öncəyə qədər gedib çıxır. Çinlilərin ayaqlarını kiçiltmək üçün əziyyətə qatlaşmaları, Babilli və Assuriyalı kişilərin kobud və saçaqlı geyimlər geyinmələri belə öz əsrlərinə görə modanın əlamətləridir.

Krım ərazisində aparılan arxeoloji qazıntılar zamanı eradan əvvəl üçüncü və beşinci yüzillərə aid rəngli, xətli və fərqli naxışlardan parçaların tapılması hələ o zaman da modanın var olduğunu ortaya qoyur. 14 və 15-ci yüzillərə qədər biçilərək tikilmiş geyimlərə çox az rast gəlinirdi. Bu tarixlərdən sonra geyimlərdə işləmə tərzində şəxsi işarələr özünü göstərməyə başladı. On beşinci yüzildən sonra dərzilik sahəsində yeni inkişaf ortaya çıxdı.

19 və 20-ci yüzillərdə isə bu işlərlə məşğul olmaq xüsusi ixtisas sahəsi halına gələrək “Moda evi” adı altında ortaya çıxdı. Moda xalqların keçmişinə aid adət-ənənə və sənət yönündə meydana gətirdikləri yeniliklərin yanında zövqləri, namus və əxlaq anlayışları, iqtisadi vəziyyətləri haqqında da gələcəyə məlumat verməkdədir. İyirminci yüzilin yarılarından sonra moda bir çox mövzularda insanlara önçülük edən, hətta onları istiqamətləndirib çeşidli davranışlara sövq edən ən vacib faktorlardan oldu. Bu baxımdan geyim və ya bəzəkdə görüldüyü kimi düşüncə sahəsində insanların davranışlarında bu kimi axınlar təsirli olmağa başladı. Misal üçün gənclər arasında vaxtilə yayılmış “Hippy” , “Pop” , “Punk” , “Heavy Metal” kimi adlarla bağlı cərəyanlar da bunlardandır.

Moda həmçinin sosial və iqtisadi bir şeydir. Iqtisadi dəyişikliklər, ailə çevrəsi, toplumun əxlaq anlayışı, içində yaşadığımız təbiətin şərtləri, iqlimlər, mövsümlər, mənsubu olduğumuz millətin mədəni dəyərləri, dinlər, adətlər, görülən işlər və peşələr, yaş, cinsiyyət, zövqlər və bunlar kimi digər şeylər də moda cərəyanlarına şərait yaradırlar.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!