1. Xəzlərin ən böyük düşməni “NƏM”dir. Bu səbəbdən də onlar uzun müddət qapalı saxlanılmamalı və hansı fəsil olmasından asılı olmayaraq, tez-tez çıxarılıb havalandırılmalıdır.
2. Yağışda islandığı zaman hər hansı bir istilikverici cihaza yaxınlaşdırılıb qurudulmamalıdır. Belə qurutma üsulu onlarda yanmalara və kiçilmələrə səbəb ola bilər. İslanan xəz asılqana alınmalı, geyim fırçası ilə tükləri daranmalı və öz halında qurumağa buraxılmalıdır.
3. Xəzə qulluqda onun islanması halında kürkü əvvəla düz səthə sərməli, 12 saat bu şəkildə quruması üçün saxlamalı, daha sonra isə bir fırça ilə fırçalayaraq təmizləməlisiniz.
4. Kürklərinizdə hər hansı bir problem yaranarsa, gecikmədən üzərində düzəltmə işləri aparılmalıdır. Əks halda deformasiya olan kürkün əvvəlki halını alması çox çətindir.
5. Xəzin tükünün tökülməsi halında ona qulluq etmək üçün arada bir məxmər parçadan istifadə edərək kürkünüzü parlatmağı sınaya bilərsiniz.
6. Qış günlərində ortaya çıxan kürklər yay gəldiyi zaman şkaflara yerləşdirilir, amma necə yerləşdirildiyi də olduqca önəmlidir. Asılqana alınaraq saxlanılmalı olan kürklər qətiyyən neylon torbalara (sellofanlara) yerləşdirilməməlidir. Bu, kürklərin havasız qalmasına və tüklərinin tökülməsinə səbəb olur.
7. Açıq rəngli kürklərə qulluq talk pudrası ilə edilə bilər. Ələ tökülən talk pudrası kürkün üzərinə çəkilərək ovulmalı, daha sonra isə pudra kürkü silkələmək üsulu ilə təmizlənməlidir.
Xəzin saxta olduğunu necə anlamaq olar?
8. Tüklərinə diqqət edin!
Bəzən saxtakarlığa yol vermək məqsədi ilə istehsalçılar bəzi kürklərdə aralara sintetika qarışdırırlar. Bilmək lazımdır ki, bunların da qiyməti heç də ucuz deyil. Təbii xəzdən ayırd etməyin isə çox bəsit bir üsulu var. Saxta xəzlərdə tüklər sərt olduğu halda, həqiqi kürk olduqca yumşaqdır.
9. Saxta kürk uzaqdan baxıldığı zaman naxışlarından da anlaşıla bilər. Süni kürkdə cizgilər uydurma olur və heyvanın təbii cizgilərinə heç vaxt bənzəmir. Həmçinin süni kürklər zərif görünmür.
Ölkəmizdə də keyfiyyətli xəzləri əldə edə biləcəyiniz məkanlar mövcuddur. Femina xəz-dəri qalereyası da bunlardan biridir. Hədiyyə və endirimlərdən yararlanmaq, çoxsaylı xəz çeşidi arasından öz seçiminizi etmək üçün Feminaya üz tuta bilərsiniz!