“Ayrıldıqdan sonra bu səhvləri etməyin!

Ayrıldıqdan sonra bu səhvləri etməyin!

Ayrılıqlar həyatın bir reallığıdır. Həyat yoldaşınızdan və ya sevgilinizdən ayrıldığınız zaman edilən səhvlər sonradan peşmançılıq hissi gətirir.
 
- Ayrıldıqdan sonra ayrıldığınız insanın arxasından pis danışmaq edilən ən böyük səhvlərdən biridir. Belə ki, birlikdə xoş anlar yaşadığınız insanın arxasından pis danışmaq yaşadıqlarınızın xatirəsinə xəyanət olar. Bundan başqa, şəxsi həyatınıza aid detalları bölüşmək digər insanların ağlında pis bir təəssürat yaradacaq. 
 
- Yalandan güclü görünməyə çalışmaq da ayrıldıqdan sonra bir çox insanın etdiyi səhvlər sırasındadır. Ayrılıqdan sonra güclü görünməyə çalışmaq təəssüf ki, kədərinizi yaşamaq ehtimalınızı aradan qaldıracaq və bu vəziyyət də psixoloji olaraq ayrılığın təsirlərindən azad olma müddətinizi uzadacaq. Qorxu və kədərinizlə üzləşmək sizin üçün daha faydalı olacaq. 
 
- Ayrıldıqdan sonra qisas almağa çalışmaq da təəssüf ki, sizə kədərdən başqa heçnə gətirməyəcək. Qisas almaq üçün başqa biri ilə münasibətə başlamaq, ayrıldığınız insanın işlərini çətinləşdirmək, onun yeni münasibətində problemlər yaratmağa çalışmaq kimi vəziyyətlər həm sizi, həm də qarşı tərəfi əsəbləşdirəcək və ayrılığın təsirlərindən azad olmağınızı çətinləşdirəcək. Özünüzə yeni bir səhifə açmağa çalışmağınız iki tərəf üçün də daha faydalı olacaq.
 
- Ayrılığı qəbul edə bilməyib, barışmaq üçün yalvarmaq isə sizi alçaldacaq bir davranışdır. Əgər qarşı tərəf barışmaq istəmirsə, demək ki, onun üçün hər şey çoxdan bitib. Bu səbəbdən özünüzü yormağınızın da bir mənası olmayacaq. Barışsanız belə, münasibətinizin uzun müddət davam edəcəyini zənn etməyin.
 
- Ayrıldıqdan sonra özünüzdə böyük dəyişikliklər etməyə çalışmaq, saçlarınızı kəsdirmək, yeni geyimlər almaq, həddindən artıq işləmək kimi davranışlar o an sizi xoşbəxt etsə də ayrılıqla üzləşməyinizin qarşısını alacaq və həqiqətən xoşbəxt olmağınızı gecikdirəcək.

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar