“Sevgilinizin  sizi əvvəlki qədər sevmədiyini göstərən 4 işarə

Sevgilinizin sizi əvvəlki qədər sevmədiyini göstərən 4 işarə

Sevdiyimiz insanın bizdən uzaqlaşdığını hiss etdiyimiz zaman ağlımıza yalnız bir səbəb gəlir, artıq bizi sevmədiyini düşünürük. Davranışlarından, sözlərindən, hətta baxışlarından belə hər şeyin dəyişdiyini hiss etmək olur. 
Mütəxəssislər belə bir vəziyyət hiss etdiyimiz zaman davranışlarımızı dəyişməyi və qarşımızdakı insanı dinləməyi tövsiyə edir.
Belə ki, əgər biraz tək qalmaq üçün zaman istəyirsə, bu şəraiti ona yaradın. Bəlkə də həqiqətən tək qalıb, düşünməyə ehtiyacı var.
Onu daha çox sıxmaq sizdən daha da soyumasına səbəb ola bilər.
 
Mütəxəssislərə görə sevgilinizin artıq sizi əvvəlki kimi sevmədiyinə və zaman keçdikcə sizdən addım-addım uzaqlaşdığına işarə olan hallar:
 
1. Sizi tənqid etməyə başlayır
 
Mütəxəssislərə görə sizi əvvəlkinə nisbətən daha çox tənqid etməyə başlayıbsa və səhvlərinizi axtarırsa, bunun ən böyük səbəbi sizi əvvəlki kimi sevməməsidir. Davamlı şəkildə səhvlərinizi axtarıb, sizi alçaldmağa çalışan birinin sizə qarşı sevgi hissi bəslədiyini düşünmək məntiqə sığmır, elə deyilmi?
Əgər belə problemlərlə qarşılaşırsınızsa, təəssüf ki, münasibətinizi sonlandırmalısınız.
  Həyat çox qısadır. Sizə dəyər verməyən, verdiyiniz dəyərə layiq olmayan bir insan üçün özünüzü yormağa dəyərmi? Həyatınızı sizə layiq olduğunuz dəyəri verən insanla keçirin.
Ümumiyyətlə sizi sevən insanların belə sizi davamlı şəkildə tənqid edib, özünə inam hissinizi sarsmağa heç bir haqqları yoxdur. Doğru insan partnyorunun xoşuna gəlməyən bir cəhətini gördükdə dəyişdirməyə çalışmaqdansa, olduğu kimi qəbul etməyi bacarır. Sizi xəyalındakı qadına çevirmək üçün yox, məhz siz olduğunuz üçün sevməlidir.
Əgər partnyorunuz sizə qarşı əvvəlki qədər anlayışlı davranmırsa  və ya ümumiyyətlə heç vaxt anlayış göstərməyibsə, ondan uzaqlaşmağınızın vaxtı gəlib, çatıb.
 
2. Soyuq davranırsa
 
Sizə soyuq davranması da böyük bir işarədir. Zənglərinizə, mesajlarınıza çox gec cavab verir və ya ümumiyyətlə cavablamırsa, sizcə də bu problem deyilmi?
 
3. Sizə əvvəlki kimi vaxt ayırmır
 
Əgər partnyorunuz birdən-birə çox məşğul bir insana çevrilib və sizi daha az görməyə başlayıbsa, böyük ehtimalla bunun səbəbi artıq sizi sevməməsidir.
İşlə bağlı bəhanələr gətirə bilər və siz də bunu normal qarşılaya bilərsiniz, amma hamımız ətrafımızda çox məşğul olsalar belə bir-birlərinə vaxt ayıran insanları görürük. Yəni, sizinlə görüşmək istəməməsinin heç bir bəhanəsi ola bilməz!
Çox məşğul olmaq və ya elə görünmək münasibətdən uzaqlaşmaq üçün əla taktikadır.
 
4. İstəklərinizə və sərhədlərinizə hörmət etmir
 
Məsələn, münasibətinizdə sizin heç kim tərəfindən bilməsini istəmədiyiniz xırdalıqları başqaları ilə bölüşürsə, demək ki, sizin sərhədlərinizə hörmət etmir. 
  Mütəxəssislər eyni zamanda hörmətsiz və qəddar davranışların da çox böyük işarə olduğunu deyirlər. 
Əgər siz də partnyorunuzda bu işarələri görürsünüzsə, bəlkə də özünüzü artıq onsuz həyata hazrırlamalısınız. 
Çünki belə bir münasibət sizə xoşbəxtlikdən çox kədər gətirəcək.

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar