Kişilər və qadınlar arasında bənzər cəhətlər olduğu kimi maraqlı fərqlər də var. Münasibətinizin daha xoşbəxt olması üçün bunların fərqinə varmağınız yaxşı olar.
Qadınlar nəyə dəyər verir?
Qadınlar sevgiyə, ünsiyyət, gözəllik və münasibətə dəyər verirlər. Münasibətlərində qarşı tərəfi dəstəkləməyə, kömək etməyə və qorumağa çox vaxt ayırırlar. Qadınlar üçün ən vacib dəyər xoşbəxtlik, kədər, acı kimi hisslərin qarşı tərəflə bölüşülməsidir.
Kişilər nəyə dəyər verir?
Kişilər münasibətlərində qarşı tərəf üçün yetərli olmağa, uğura və gücə dəyər verirlər. Həmişə özlərini, güc və bacarıqlarını sübut etməyə, inkişaf etdirməyə ehtiyac duyurlar. Kişilər üçün ən vacib dəyər görəcəyi işin sonunda nə qazanacağını bilməsidir.
Qadınlar niyə çox danışır?
Qadınlar qarşılıqlı dəstək üçün danışır, soruşur və ünsiyyət qurur. Hər qadının özünü yaxşı hiss etməsi üçün danışmağa ehtiyacı vardır. Araşdırmalara əsasən qadınlarda beynin sol tərəfi davamlı olaraq işlədiyi üçün danışma qabiliyyəti yüksəkdir. Bir qadın gündə 23 min sözə qədər danışa bilər.
Kişilər niyə az danışır?
Kişilər nəticəyə fokuslanmışdır və konkret danışıqlara üstünlük verirlər. Detallarla maraqlanmırlar və birbaşa nəticəyə baxırlar. Araşdırmalara əsasən kişilərdə beynin sağ tərəfi daim işləyir və işlə məşğuldur. Bu müddətdə beynin dinləmə və danışmaqla əlaqəli hissəsi bağlanır. Kişilər ən yaxşı halda gündə 12.000 sözə qədər danışırlar.