Münasibət anlayışı hər insan üçün fərqli olur. Bir çox insan sığınmaq üçün liman axtarır, bəziləri isə sığınacaq liman olmağı seçirlər. Bəzi münasibətlərdə həm qadın, həm də kişi itirmək qorxusu yaşayır və çox vaxt bu qorxu səbəbi ilə böyük bir sınaqla qarşılaşırlar. İtirmək qorxusuna sahib olan tərəf qeyri-ixtiyari də olsa, hakim və repressiv rəftar göstərdiyi üçün qarşı tərəf bu hissi dəyişiklikləri qəbul etməkdə çətinlik çəkə bilər.
Heç bir şeyə tamamilə sahib ola bilməzsiniz.
Həyatdakı heç bir şey tamamilə sizə aid ola bilməz. Məsələn, ən yaxın dostunuz əbədi olaraq sizin yanınızda qalmaya bilər. Siz dəyişdikcə qərarlarınız və seçimləriniz də dəyişir. Bu gün yanınızda olan insanlar sabah yanınızda olmaya bilər.
İtirmək qorxusuna sahib olan insan münasibətini qorumaq üçün bir çox səhvlər edə bilər. Onu qorumaq məqsədi ilə qarşı tərəfi sıxan, narahat edən rəftar nümayiş etdirmək xoşbəxt bir münasibəti dözülməz bir vəziyyətə gətirə bilər.
Əgər bir insan həyatınızdan gedəcəkdirsə, bunu aradan qaldırmağın heç bir yolu olmadığını bilməlisiniz.
Yalnız yaşadığınız günü düşünərək münasibətinizi davam etdirə bilmirsinizsə, heç olmasa davranışlarınızı idarə edərək münasibətinizin idarəsini qorxu hisslərinizə deyil, ürəyinizə verməyə çalışın.
Keçmişdə yaşadığınız hadisələrin sonrakı münasibətlərinizdə başınıza gəlməyəcəyini bilin. Əgər davamlı olaraq eyni şeyləri yaşayırsınızsa, bəlkə də daxili qorxu hissləriniz səbəbi ilə eyni reaksiyaları verdiyiniz üçün yaşayırsınız. Əgər hər münasibətinizdə eyni problemlərlə qarşılaşırsınızsa, bir mütəxəssisə müraciət etməyiniz tövsiyə olunur. Beləliklə, problemin səbəbini tapıb, həll edərək münasibətinizdəki itirmək qorxusu dövrünü də bağlamış olacaqsınız.
Bundan başqa, sizin üçün həyatdakı ən vacib insan özünüz olmalısınız. Həyatınızı yaşayın və icazə verin sizi müşayiət etmək istəyənlər yanınızda olsunlar.