“Münasibətə zərər verən 7 davranış

Münasibətə zərər verən 7 davranış

Problemlərinizi susaraq deyil, danışaraq həll edin!
 
Müzakirə etdiyiniz mövzunu həll etmədən bağlamayın. Əgər susaraq o problemin həll olunacağını düşünürsünüzsə, yanılırsınız. Doğru olan düşündüklərinizi dürüst şəkildə ifadə etməkdir. Ağlınızda suallar qaldığı müddətcə münasibətinizdə dinclik olmayacaq. Dinclik olmayan münasibət də 
davamlı müzakirələrə, hətda ayrılığa gətirib, çıxarır.
 
Münasibətinizi başqa münasibətlərlə müqayisə etməyin!
 
Münasibətinizi başqa münasibətlərlə müqayisə etmək münasibətinizə zərər verəcək. Siz xarakter olaraq digər cütlüklər kimi ola bilməzsiniz. Onlar da sizin kimi ola bilməz. Bundan başqa, xoşbəxt olmayan bir münasibəti kənardan başadüşmək bəzən çətin ola bilər. Hamı göründüyü kimi deyil. Bunu unutmayın. Öz münasibətinizə fokuslanın və birlikdə keçirdiyiniz anlardan həzz almağa çalışın.
 
Tənqid edərkən qəlb qırmayın!
 
Tənqid edən zaman diqqətli olun və partnyorunuzun qəlbini qırmayın. Ağır tənqidlər bərpası olmayan incikliklər yarada bilər. Bu da münasibətinizə zərər verir. Hətda fərqində olmadan etdiyiniz tənqid münasibətinizin bitməsinə səbəb ola bilər.
 
Hədələyən ifadələrdən uzaq olun!
 
Hər hansı bir mövzuda müzakirə edən zaman edilən ən böyük səhvlərdən biri də partnyorunuzu münasibəti bitirmək mövzusunda hədələməkdir. Ayrılıq sözünü tez-tez dilinizə gətirməklə münasibətinizi zədələyəcəksiniz. 
 
Partnyorunuzu yoxlamaqdan əl çəkin!
 
Partnyorunuza məxsus olan hər hansı bir şeyi onun xəbəri olmadan yoxlamayın. Münasibətə ən çox zərər verən şey inamsızlıqdır.
Ona davamlı olaraq əmir tipli cümlələr qurmaqdan çəkinin. Necə hərəkət etməli olduğu haqda xəbərdarlıq etməyin. Əks halda bu xəbərdarlıqlar problemə çevrilər və münasibətinizə zərər verər.
 
Münasibətinizə həyəcan gətirin!
 
Xüsusilə uzun müddətli münasibət yaşayan cütlüklər münasibətlərinin monoton olmasından şikayətlənirlər. Münasibətinizi darıxdırıcı haldan azad etmək üçün birlikdə yeni planlar qurun və ya yeni məşğuliyyətlər tapın. Həftə sonu daha əvvəl heç getmədiyiniz bir yerə gedə bilərsiniz. İdman, rəsm, teatr, musiqi kimi fəaliyyətlərə başlayın. Bu dəyişikliklərin münasibətinizə müsbət təsir etdiyinin şahidi olacaqsınız.
 
Özünüzə vaxt ayırmağı unutmayın!
 
Münasibət qurduğu zaman insanın özünə ayırdığı xüsusi saatlar azalır. Dostlarınızla daha az görüşməyə başlayırsınız. Davamlı olaraq sevgilinizlə vaxt keçirirsiniz. Belə davam edən bir münasibət  təəssüf ki, gün keçdikcə yorulur. Həftənin 1-2 gününü dostlarınıza və özünüzə sərf edin. Eyni şəkildə sevgilinizin də özünə vaxt ayırmasına anlayış göstərin. Beləliklə, görüşdüyünüz zaman ayrı keçirdiyiniz günlərdə etdiklərinizi bir-birinizlə bölüşər, söhbət edərsiniz.
 
Münasibətinizə zərər verən davranışların fərqində olun və onları təkrar etməməyə çalışın. Beləliklə, sevdiyiniz insanla birlikdə keçirəcəyiniz çox daha dinc və xoşbəxt illər sizin olsun!

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar