“Mükəmməl  bir münasibət üçün tövsiyələr

Mükəmməl bir münasibət üçün tövsiyələr

Xoşbəxt cütlük ola bilmək və bütün problemlərin öhdəsindən gələ bilmək üçün diqqət etməli olduğunuz bəzi məqamlar var. 

- Həyat yoldaşınızı və ya sevgilinizi dinləməyi bacarın. Partnyorunuz danışarkən başqa şeylərlə məşğul olmayın. Onu dinlədiyinizi göstərən suallar verin. Ünsiyyətiniz nə qədər güclü olarsa, münasibətiniz də o qədər mükəmməl olar.

- Sevginizi göstərməkdən çəkinməyin. Olduğunuz yerdən asılı olmayaraq onu sevdiyinizi həmişə hiss etdirin.

- Qarşılıqlı anlayış mükəmməl münasibət üçün çox əhəmiyyətlidir. İki tərəfin də anlayışlı davranması şanslı olduğunuzu göstərir.

- Partnyorunuzda bəyənmədiyiniz xüsusiyyəti  ona sərt sözlərlə bildirməyin. Ağır tənqidlər bərpası olmayan incikliklərə səbəb ola bilər. Şirin dil ilə xəbərdarlıq edin.

- Səhv olduğunuz mövzuları qəbul edin.

- Xoşbəxt münasibətinizi kiçik problemlərlə məhv etməyin.

- Partnyorunuza qarşı açıq sözlü olun. Yalan danışmayın və tuta bilməyəcəyiniz sözlər verməyin.

- Diqqətsiz davranmayın. Pratnyorunuzdan gününün necə keçdiyini soruşun.

- Kin saxlamayın. Partnyorunuzun keçmişdə etdiyi, sizi əsəbləşdirən davranışlarını yaddaşınıza yazıb, sonradan ona qarşı silah kimi istifadə etmək sağlam düşüncə tərzi olmamaqla yanaşı, həm də münasibətinizə böyük zərər verəcək.

- Sevdiyiniz insanı idarə etməyə çalışmayın. Ikiniz də iradəsi olan fərdlərsiniz, bunu unutmayın.

- Davamlı olaraq sözünü kəsməkdən çəkinin. Siznlə bölüşmək istədiyi mövzuları, həvəsini öldürmədən dinləyin.

- Cütlük olaraq qoşula biləcəyiniz əyləncəli və fərqli fəaliyyətlər kəşf edin.

- Daxili gözəllik qədər xarici görünüş də əhəmiyyətlidir. Özünüzə qulluq göstərməyi unutmayın.

- Həyat yoldaşınız və ya sevgilinizlə vaxt keçirmək qədər dostlarınızla da vaxt keçirmək əhəmiyyətlidir. Bəzi günləri özünüzə və dostlarınıza sərf edin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar