Ərzaqlar:
3 ədəd soğan,
1 stəkan su,
Sirkə.
Hazırlanması:
Əvvəlcə soğanların qabığını soyub, blenderdən keçirin. Bir kasaya qoyub, üzərinə 1 stəkan su əlavə edin, püre halına gətirin. Maskamız hazırdır.
Hazırladığınız soğan maskasını saçlarınızın dibinə yavaş-yavaş masaj edərək, hopdurun. Bir örtük vasitəsilə başınızı bağlayın. 1,5 saat saxlayın. Daha sonra sirkəli su ilə saçlarınızı yuyun. Vaxt keçdikcə saçlarınızın əvvəlki rənginə qayıtdığını görəcəksiniz.