Kişilərin saçları qısa olduğuna görə hər gün, hətta gün ərzində 2 dəfə belə yuya bilirlər, amma saçların tez yağlanması xüsusilə uzun saç sevən xanımlar üçün böyük bir problemdir.
Saçların tez yağlanmasının qarşısını necə almaq olar?
-Saçların tez yağlanması hər şeydən əvvəl saçlarınızı yuduğunuz su ilə əlaqəlidir.
Süzülmüş ya da qaynadılmış su istifadə etdiyiniz halda saçlarınızın daha uzun müddət təmiz qaldığının şahidi olacaqsınız.
Suyun temperaturu da vacibdir. Saçlarınızı 38 dərəcədən daha isti su ilə yumamalısınız.
-Saça qulluq məhsulları da saçlarınızın yağlı və çirkli görünməsinə səbəb ola bilər. Bu səbəbdən xüsusilə, saç tipiniz kövrək və incədirsə, bu tip məhsullardan uzaq olmağa çalışın.
-Saçlarınızı daradığınız zaman darağın dərinizə dəyməməsinə diqqət edin və gün ərzində saçlarınıza mümkün olduqca az toxunmağa çalışın.
-Saçlarınızı istədiyiniz formaya salmaq üçün saça qulluq məhsulları ilə sabitləmək yerinə təbii görünməsinə icazə verin.
Bu halda səhəri gün saçlarınızın daha təmiz göründüyünün şahidi ola bilər, hətta parlaqlığı ilə fəxr edə bilərsiniz.
-Saçlarımıza forma vermək üçün elektron cihazlar aldığımız zaman əsasən istilik səviyyəsinin yüksəkliyinə görə cihazın yüksək performanslı olduğuna qərar veririk. Halbu ki, yüksək dərəcəli istilik istifadə etdiyimiz zaman yağ bezləri saçları qorumaq üçün hərəkətə keçir və bu da saçların tez yağlanmasına səbəb olur.
150-180 dərəcə arası istilik saça forma vermək üçün kifayətdir. Bu səbəbdən cihazınızın dərəcəsini aşağı salmağı sınayın.
-İstifadə etdiyiniz yastıq üzü saça qulluq məhsullarını, həm dəri, həm də saçdakı yağları özünə çəkir və bakteriyaların yaranmasına şərait yaradaraq, saçlarınızın daha tez yağlanmasına səbəb olur.
Ona görə də istifadə etdiyiniz yastıq üzünü tez-tez dəyişməyiniz məsləhətdir.