“Kəpəyə qarşı gicitkən otunun faydası

Kəpəyə qarşı gicitkən otunun faydası

Gicitkənin qan azlığından böyrək daşına, revmatizmadan varikoza qədər bir çox xəstəliyə faydalı təsiri vardır. Sağlamlığımıza verdiyi faydalarla yanaşı dəri və saç qulluğunda da olduqca faydalıdır. Belə ki, yeniyetməlik dövründə yaranan sızanaqları aparır, saçları canlandıraraq tökülməsinin qarşısını alır, möhkəmlədir və kəpəyi azaldır. Saçlarda kəpəyin olması bir çox qadını narahat edən saç problemlərindəndir. Bu məqaləmizdə biz sizə kəpəyi azaltmaq və ya yox etməkdə təsirli olan gicitkən maskalarını necə hazırlamaq barədə məlumat vermişik.

- Yarım litr qaynadılmış suyun içinə 5 paket gicitkən çayını əlavə edin. Qabın ağzını örtün və 5-10 dəqiqə dəmləyin. Bu suyu saçlarınızı yuduqdan sonra başınıza tökün və saç diblərinizə masaj edin. Bununla saçlarınızın tökülməsinin qarşısını ala, onları möhkəmləndirə və kəpək yaranmasına mane ola bilərsiniz.

- 100 qram ayı pəncəsi bitkisinin kökü, 100 qram gicitkənin kökü və 60 qram şümşad ağacı yarpağını iki litr sirkənin içinə tökün. Bu qarışığı 8 gün isti yerdə saxladıqdan sonra süzün. Əldə etdiyiniz su ilə baş dərinizə masaj edin. Davamlı olaraq bunu etdiyinizdə saçlarınızın möhkəmləndiyini və kəpəyin azaldığını görəcəksiniz.

Beləliklə, bahalı şampunlar və ya maskalar yerinə təbii bitkilərdən hazırlanan maskalardan istifadə etməklə həm saçlarınızı möhkəmlədə, həm də kəpəyin yaranmasının qarşısını ala bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar