Sizlər üçün ev şəraitində asanlıqla tətbiq edə biləcəyiniz təbii üsulları araşdırdıq. Bu üsullarla saçlarınızdakı kəpəkdən azad olacaqsınız.
1. 2 aspirini toz halına gətirin və saçınızı yuyacağınız şampuna əlavə edin. Bu qarışığı 1-2 dəqiqə saçınızda saxlayın. Sonra su ilə təmizləyin və saçlarınızı normal şampun ilə bir daha yuyun.
2. Saçlarınızı isladın və 1 ovuc qabartma tozu ilə saçlarınızı saç dərinizə doğru masaj edin. Sonra saçlarınızı su ilə təmizləyin və qurudun.
Hər dəfə saçınızı yuyanda bu üsuldan istifadə edə bilərsiniz. Amma, yalnız qabartma tozu istifadə edin, şampun deyil. İlk zamanlarda saçlarınız quruya bilər. Amma, bir neçə həftə sonra saç dəriniz təbii yağlar istehsal edəcək, saçlarınız daha yumşaq və kəpəksiz olacaq.
3. 2 yemək qaşığı limon suyu ilə saç dərinizə masaj edin. Sonra saçınızı su ilə təmizləyin. Daha sonra 1 stəkan suya 1 çay qaşığı limon suyu əlavə edin və həmin su ilə saçlarınızı isladın. Bu üsulu saçınızdakı kəpəklərdən azad olana qədər hər gün tətbiq edə bilərsiniz.
4. Şampundan əvvəl quru olan saç dərinizə duzqabı vasitəsilə biraz duz səpin və saç dərinizə masaj edin. Daha sonra şampunla yuyun.