“Kəpəyə qarşı təbii çarələr

Kəpəyə qarşı təbii çarələr

Kəpəkdən azad olmaq üçün bir çoxumuz bahalı şampunlar və maskalardan istifadə edirik. Lakin çox vaxt bunlar o qədər də kömək olmur. Ona görə də kimyəvi vasitələr əvəzinə təbii vasitələrdən istifadə edərək bu problemdən azad olmağa çalışmalısınız. Biz bu vasitələrin nələr olduğu və başqa hansı üsulları tətbiq edərək kəpəyi apara biləcəyiniz barədə yazmışıq.

Limon suyu

Bu çarələrdən limon suyu daha çox məsləhət görülür. Limon suyu təkcə kəpəyə qarşı deyil, saç köklərinin güclənməsi və parlaqlıq qazanması üçün də çox yaxşı təsirə malikdir. Limon həmçinin artıq yağı götürür və saçınızı qidalandırır. Limon suyunu tətbiq etmək üçün əvvəlcə saçınızı şampunla yuyun. Daha sonra saç dərinizə limon suyunu masaj edərək tətbiq edin. Bir müddət saxladıqdan sonra bir az şampun istifadə etməklə yuyub durulayın. Limon suyunun saçınızda qalmamasına diqqət yetirin.

Aloe vera

Bir digər təsirli vasitə isə aloe veradır. Aloe vera geli quru saç dərisini yumşaldır, saçı gücləndirir və saçın tökülməsinin qarşısını alır. Saçınız quru halda ikən aloe vera geli ilə masaj edin. Bir az saxlayıb yuyun. Bu üsulu kəpək azalana qədər hər gün təkrarlamalısınız.

Hindistan qozu yağı

Hindistan qozu yağı da kəpəyin aparılmasına yaxşı təsir edən vasitələrdəndir. Saçınızı yumamışdan əvvəl bu yağı masaj edərək dərinizə çəkin. Bir dəsmal ilə bağlayıb bir az gözlədikdən sonra saçınızı darayın. Daha sonra isə ilıq su və şampunla yaxşıca yuyun.

Mayonez

Kəpəyə qarşı faydalı bir digər vasitə də mayonezdir. Mayonez bədənimiz üçün faydalı olmasa da saça qulluqda faydalı təsirə malikdir. Tərkibindəki yumurta və sirkə sayəsində mayonezdən saçları yumşaltmaq və təbii bir parlaqlıq vermək üçün istifadə edilir. Nəm saçınıza mayonez çəkib bir müddət saxlayın. Sonra isə şampunla yuyun. Nəticədə yumşaq və parlaq saçlara sahib olacaqsınız.

Çuğundur suyu

Çuğundur suyu da kəpəyə qarşı təsirli müalicə üsullarındandır. Çuğunduru qaynatdıqdan sonra suyunu saç dərinizə masaj edərək kəpəkdən qurtula bilərsiniz.

Sirkə

Anti bakterial xüsusiyyəti ilə sirkə ölü dərilərin təmizlənməsini təmin edir. Ölü dərilərin təmizlənməsi nəticəsində saç diblərinin hava alması üçün şərait yaranır. Bu sayədə də kəpəyin yaranmasının qarşısı alınmış olur.

Çəmən toxumu

Kəpəyə qarşı bir başqa üsul da çəmən toxumudur. Çəmən toxumunu bir gecə suda saxlayın. Sonra əzərək xəmir halına gətirin. Bunu saç dərinizə masaj edərək tətbiq edin. Sonra şampunla yuyub durulayın. Çox qısa bir müddətdə kəpəyin azaldığını hiss edəcəksiniz.

Kəpəyi aparmaq üçün digər tövsiyələr

  • Bunlardan ən birincisi kafeini azaltmaqdır. Əgər gün ərzində çox çay və qəhvə içirsinizsə, bunu azaldın.
  • Mütləq yaşıl yarpaqlı tərəvəz və təzə meyvə yeyin.
  • Bol su için.
  • Ət, şokolad və digər şirin qidalardan az istifadə edin.
  • Saçlarınızı çox yumayın.
  • Çox kimyəvi vasitələrdən istifadə etməyin. Saç spreyi, jele və fendən az istifadə etməyə çalışın.
  • Saçlarınızı darayarkən darağın dərinizə dəyməməsinə diqqət yetirin.
  • Saçlarınızı çox möhkəm yığmayın.
  • Stressli mühitlərdə çox olmamağa çalışın.

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar