Təbii və parıldayan saçlara sahib olmaq bütün qadınların arzusudur. Xüsusilə, açıq tonlarda saçları bəyənirsinizsə, bu yazımız sizin üçündür.
Bir çox qadın saçlarına kimyəvi prosedurlar tətbiq etməkdən çəkinir. Hansı ki, həmin kimyəvi prosedurlar saçların zədələnməsinə səbəb olur. Saçlarınızın təbii görünüşünü itirmədən açıq tonlarda saçlara sahib olmaq istəyirsinizsə, ev şəraitində tətbiq edə biləcəyiniz təbii üsulları yoxlayın.
Çobanyastığı ilə açıq rəng tonlu saçlara sahib ola bilərsiniz
Saç rəngini açmaq üçün ən təsirli və bilinən üsullardan biri çobanyastığı suyudur. 1 stəkan suya biraz çoban yastığı əlavə edin və qaynadın. Qaynadıqdan sonra suyu süzün və biraz soyuması üçün kənara qoyun. Daha sonra ilıq olan suyu saçınızda rənginin açılmasını istədiyiniz hissələrə çəkin. 1 saat gözlədikdən sonra saçlarınızı yuyun. Həftədə 3-4 dəfə tətbiq edərək müsbət nəticə əldə edə bilərsiniz.
Alma sirkəsi ilə saçlarınızın rəngini aça bilərsiniz
Alma sirkəsi saç üçün çox faydalıdır. Duş qəbul edərkən durulama suyuna alma sirkəsi əlavə edərək saç rənginizin açılması ilə yanaşı, saçlarınızın parıldadığının da şahidi olacaqsınız. Alma sirkəsi saçları qidalandırır və daha güclü olmasına kömək edir. Nizmalı şəkildə tətbiq edərək istədiyiniz kimi təbii saçlara sahib ola bilərsiniz. Alma sirkəsinin ətrini bəyənmirsinizsə, sirkəni əlavə etdiyiniz suya 1-2 damcı lavanda yağı əlavə edə bilərsiniz.
Soda saç rəngini açırmı?
Sodanın saçları təmizlədiyini və saç rəngini açdığını bilirsinizmi? Soda, xarici faktorlar səbəbi ilə çirklənən və zədələnən saçları toksinlərdən ayıraraq təmizləyir. Bir qaba 1 çay qaşığı soda və su əlavə edin. Krem halını alana qədər qarışdırın. Saçlarınızda rəngini açmaq istədiyiniz hissələrə çəkin. 15-20 dəqiqə gözlədikdən sonra saçlarınızı yuyun. Həftə ərzində 1-2 dəfə tətbiq etmək kifayətdir. Bu üsul saçları qurutduğu üçün quru saçlara uyğun olmaya bilər. Əgər bu üsulu tətbiq etdikdən sonra saçlarınızın quruduğunu hiss etsəniz, badam yağı, zeytun yağı kimi təbii yağlarla saçlarınıza qulluq edə bilərsiniz.
Limon ilə saçlarınızın rəngini aça bilərsiniz
Limonun rəng açmaq xüsusiyyəti sayəsində daha təbii görünən rəng tonlarına sahib ola bilərsiniz. 1 litir su ilə yarım stəkan limon suyunu qarışdırın və sprey qabına doldurun. Nəm halda olan saçlarınıza tətbiq edin və 20-30 dəqiqə gözləyin. Gözlədiyiniz müddəti günəşin altında keçirərək daha müsbət nəticə əldə edə bilərsiniz. Daha sonra saçlarınızı yuyun.
Duzlu suyun saçlara faydası varmı?
Yay aylarında dəniz suyu və günəşin təsiri ilə saç rəngi açılır. Amma, dəniz suyunun saçdakı təsirini evdə də yarada bilərsiniz. Bir miqdar suya biraz duz əlavə edin və qaynadın. Duz və su ilə hazırladığınız qarışığı bir sprey şüşəsinə əlavə edin. İlıq halda saçlarınıza tətbiq edin. Bu üsul saçlarınızın qurumasına səbəb ola bilər. Duzlu su üsulunu tətbiq etdikdən sonra saçlarınıza təbii yağlarla qulluq edə bilərsiniz. Saçlarınızın çox qurumaması üçün bu üsulu tez-tez təkrarlamayın.
Zeytun yağı ilə saçlarınızı qoruyun!
Möcüzəvi bir qida olan zeytun yağı saçlar üçün də çox faydalıdır. Davamlı olaraq zeytun yağı ilə saçlarınıza qulluq edərək saçlarınızın qurumasının və tökülməsinin qarşısını ala bilərsiniz. Zeytun yağının bir digər təsiri isə saç rəngini açmasıdır. Saçlarınızda rəngini açmaq istədiyiniz hissələrə zeytun yağı çəkin və günəşli havada 1 saat gözləyin. Yuduqdan sonra parıldayan saçlara sahib olacaqsınız. Bu üsulu həftədə 3 dəfə tətbiq edə bilərsiniz.
Darçın və saç kremi ilə təbii qulluq
Şampundan sonra istifadə etdiyiniz saç kreminizə biraz darçın əlavə edin və yaxşıca qarışdırın Bu qarışığı saçlarınızın ucuna tətbiq edin və bu şəkildə 8-10 saat gözləməyə çalışın. Əgər bu üsulu gündüz saatlarında tətbiq etmək çətin gəlirsə, yatmazdan əvvəl tətbiq edib, başınızı bağlayaraq səhərə qədər gözləyə bilərsiniz. Səhər oyananda saçlarınızı yuyun.