Saçlarınızda olan problemlərin əsas səbəbkarının səhv saç yuma üsulları olduğunu bilirdinizmi? Saç tipinizi bilmədən və ya yaşadığınız saç problemlərinə diqqət etmədən aldığınız şampunlar saçlarınızı yuyan zaman onlara zərər verə bilər.
- Saçları yuyarkən su ilıq olmalıdır. Çox isti su ilə saçları yumaq saçların strukturuna və saç dərisinə ziyan vurur. Şampunu isə quru saça tətbiq etməməlisiniz. Saçların səhv yuyulması kəpək probleminə səbəb olur. Şampun istifadəsi zamanı onun miqdarı da çox vacibdir. Çox az istifadə etsəniz, saçdakı çirkləri təmizləməz, çox istifadə etsəniz saçlara zərər vermiş olarsınız. Şampunu qoz böyüklüyündə olacaq qədər ovucunuza tökməlisiniz.
- Saçlarınızı yuduğunuz zaman istifadə edəcəyiniz şampunu saç dərinizə uyğun seçməkdə fayda var. Quru saç dərisi olan insanlarda kəpək problemi çox müşahidə edilir. Saçınızda kəpək problemi varsa, alacağınız şampuna diqqət etməlisiniz. Saçlarınızı ən az 1 gün ara ilə yumalı, hər gün yuduğunuz zaman saçınızın daha tez yağlanacağını unutmamalısınız. Saçlarınızı nə qədər gec yusanız, yağlanma problemi ilə o qədər az qarşılaşacaqsınız.
- Saçların yuyulması zamanı şampunla saçlara masaj etmək, saç dərisini yüngülcə ovuşdurmaq lazımdır. Bu zaman dırnaqlarınızı dərinizə toxundurmayın. Kəpəyi artıran bu səhv hərəkət dərinizin zədələnməsinə səbəb olacaq. Şampunu ən çox 3 dəqiqə saçlarınızda saxlaya bilərsiniz.
- Saçlarınızı yuduqdan sonra 2 dəqiqə də suyun altında saxlayın. Bu, saç dərisi problemlərinizi azaldacaq.
- Yağlı saçlara sahibsinizsə, yuxarıda qeyd etdiyimizin əksinə, birinci şampunu saçınıza vurub, daha sonra saçları isladın. Beləcə saçlarınızdakı yağ təbəqəsi daha tez yuyulacaq. Saçlarınızı 3 dəfə şampunlayın.