“Ev şəraitində saçların rəngini necə açmaq olar?

Ev şəraitində saçların rəngini necə açmaq olar?

Saç ustasına getmədən saç rənginizi açmaq istəyirsinizsə, onda mətbəxə yönəlin. Limon suyu, bal, zeytun yağı və hidrogen peroksid kimi məhsulların hamısı saçınızda daha açıq rəngli kölgələr əldə etmək üçün istifadə edilə bilər. Bu saç rəngi açma üsullarını necə istifadə edəcəyinizi bilmək üçün oxumağa davam edin.

Limon suyu üsulu:

1) Limon suyu məhlulu hazırlayın. Limonu ortadan kəsib suyunu bir kasaya sıxın. Üzərinə yarım fincan da su əlavə bu edin və bu qarışığı bir sprey şüşəsinə tökün. Su və limon suyu yaxşıca qarışana qədər çalxalayın.
Əgər saçlarınız uzun və qalındırsa, su və limon miqdarlarını artırın. Təkcə bəzi hissələrin açıq rəng olduğu refleli bir görünüş istəyirsinizsə, onda miqdarı azaldın. Burada əhəmiyyətli olan, su və limon suyu miqdarlarının həmişə eyni olmasına diqqət etməkdir.
Əgər boşalmış köhnə bir sprey şüşəsi istifadə edəcəksinizsə, şüşəni limon suyu məhlulu ilə doldurmadan əvvəl içində qalmış ola biləcək hər cür maddədən təmizləyib, duruladığınızdan əmin olun.

2) Saçınız nəmli olsun. Saçınızı duşda isladın və nəmli qalacaq qədər qurulayın. Diqqət! Nəmli saça tətbiq etmək vacibdir. Yoxsa, limon suyu saçınızı çox quruda bilər. Mümkünsə, bir neçə gündür yuyulmamış saçlara tətbiq edin. Saçınızın təbii yağı, saçlarınızı limon suyunun zərərlərinə qarşı qoruyacaq.

3) Limon suyu məhlulunu saçlarınıza vurun. Daha açıq olmasını istədiyiniz nahiyələrə daha çox vura bilərsiniz. Nə qədər çox məhlul istifadə etsəniz, saçlarınız da o qədər açılacaqdır.
• Əgər sadəcə saçınızın müəyyən yerlərində açılmalar istəyirsinizsə, pambığı məhlula batırıb, rəngini açaraq vurğulamaq istədiyiniz yerlərdəki saçlarınıza çəkə bilərsiniz.
• Saç diblərinizə də yaxşıca limon suyu vurduğunuzdan əmin olun ki, diblər saçlarınızın geri qalanından daha tünd görünməsin.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar