Göz qamaşdıran, sağlam və möhkəm saçlara yiyələnmək üçün yalnız kosmetik vasitələrdən istifadə etmək vacib deyil. Bəzi təbii vasitələr və üsullarla da belə saçlara sahib olmaq mümkündür. Hansı üsullardan istifadə etməklə bu cür saçlara sahib ola biləcəyinizi sizin üçün araşdırmışıq. Bu üsullara birgə baxaq.
Saçınızı isti su ilə yumayın.
Saç dərisində istehsal edilən yağların əksəriyyəti pis yağlar olsa da saç dərisinin və saç tellərinin bu yağa ehtiyacı var. İsti su ilə yumaqla siz bu yağların aradan qaldırılımasına şərait yaradırsınız. Bu da saçların quru və ölü görünməsinə səbəb olur.
Saçınızı tez-tez yumayın.
Çox tez-tez yumaq saçı və saç dərisini qurudur. Bunun nəticəsində də saç hüceyrələriniz zədə alır və saçınız mat bir görünüş əldə edir.
Saçınız yaş ikən daraq seçiminə diqqət edin.
Saçlarınız yaş olduğu zaman şişir və tez qırılmağa meylli olur. Buna görə də dişləri iri və aralı olan daraqlardan istifadə etməyə çalışın.
Saçlarınızı yuyarkən masaj edin.
Saçlarınızı yuyarkən masaj etməyiniz bədəninizdə xoşbəxtlik hormonlarının yayılmasına şərait yaradır. Masajı dairəvi formada gicgahlara qədər edin, daha sonra qulaqlara və boynunuza doğru davam etdirin. Beləliklə, həm saçınız daha təmiz olacaq, həm də stress atmaqla rahatlamış olacaqsınız.
Saçlarınız qurudursa, bunlara diqqət edin.
- Saçlarınız çox tökülməyə başlayıbsa dermotoloqların tövsiyə etdiyi vitaminlərdən qəbul etməyə çalışın.
- Saçlarınızı çox möhkəm yığmayın. Çünki bu saçlarınızın qırılmasına və zədələnməsinə yol aça bilər.
- Saçlarınızda eqzama vardırsa, kükürdlü sabunlarla yuya bilərsiniz.