“Həcmli saçlar üçün 6 praktik tövsiyə

Həcmli saçlar üçün 6 praktik tövsiyə

Nazik və sönük saçlarınızı daha dolğun göstərmək istəyirsinizsə, tövsiyələrimizə diqqət yetirin və bu tövsiyələrə əməl edərək saçlarınızın daha dolğun və həcmli görünməsinə nail olun.

1. Saçlarınızdan şampunu yaxşı yuyun.

Saçlarınızın həcmli görünməsini təmin etmək üçün ilk öncə saç tipinizə uyğun şampun və saç kremi seçməlisiniz. Saçlarınızı yuyarkən şampunu yaxşı durulamağa xüsusi diqqət yetirin. Çünki saçda şampun qalması onların sönük görünməsinə səbəb olur.

2. Maya maskası tətbiq edin.

Yaş mayanın içindəki biotin maddəsi, saçların daha həcmli görünməsini və tez uzanmasını təmin edir. Saçlarınıza kökündən ucuna qədər qulluq etmək üçün həftədə bir dəfə bu maskadan istifadə edin. Saçlarınıza çatacaq qədər yaş mayanı süd ilə qarışdırın və bu qarışığı saçınızın diblərinə masaj edərək tətbiq edin. İri dişli daraqla darayıb, selofan ilə bağlayın. İki saat gözlədikdən sonra birinci durulayın sonra isə şampunla yuyaraq maskanı saçınızdan təmizləyin.

3. Quru şampundan istifadə edin.

Axır vaxtlar dəbdə olan quru şampun saçları həcmli göstərməkdə olduqca təsirlidir. Quru şampundan istifadə etmək saçlara dolğunluq qazandırmaqla yanaşı saçınızın istədiyiniz formada qalmasına da şərait yaradır.

4. Saçlarınızı tərsdən də qurudun.

Saçlarınızı yuyub dəsmal ilə yaxşıca nəmini götürün. İri dişli daraqla daradıqdan sonra fen ilə qurulayın. Ancaq feni 30 sm uzaqdan tutun ki, saçınızı yandırmasın. Qabaqlarını qurutduqdan sonra başınızı aşağı əyin və feni saçınızın arxasına tutaraq tərsdən də qurudun. Saçlarınızı arxaya atdıqda isə saç spreyi vurub həcmini sabitləyin.

5. Dalğalı saç modellərinə üstünlük verin.

Düz saçlar bir çox qadının sevdiyi saç tiplərindəndir. Ancaq nazik saçlı olanlar üçün təəssüf ki, bu saç tipi uyğun deyil. Saçlarınızı həcmli göstərmək üçün dalğalı saç modellərindən istifadə etməlisiniz. Unutmayın ki, kişilər də ən çox iri dalğalı və yumşaq görünən saçları xoşlayırlar.

6. Biotin ilə zəngin qidalar yeyin.

Saçlarınızın daxildən qidalanması da dolğun görünməsi baxımından olduqca əhəmiyyətlidir. Bunun üçün kök, yumurta, balqabaq, ərik kimi beta karotin və biotin ilə zəngin olan qidalardan çox yeməyinizi tövsiyə edirik.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar