“Kül rəngi saçlara sahib olmaq üçün təsirli formul!

Kül rəngi saçlara sahib olmaq üçün təsirli formul!

Xanımlar, bəzən saçınızı boyayıb istədiyiniz nəticəylə qarşılaşmırsınız? O zaman sizə bəzi rənglərin tonlaşması haqqında məsləhətlər bizdən!

Kül rəngi saçlar hər zaman dəbdədir. Xüsusilə də Payız-Qış mövsümündə bir çox xanım bu rəngi saçlarında tətbiq etməyə can atır. Ancaq bəzən vurduğumuz saç boyasından bu rəngin tonunu ala bilmirik. 

Kül rəngini alındırmaq üçün rəng:

İvola saç boyasının 6.01 nömrəli rəngini bütövlüklə qaba sıxırıq və içərisinə barmağımızın ucu qədər İvola saç boyasının 90 nömrəli rəngindən qatırıq. Bu iki boyanı elə qatmalıyıq ki, boyanın ilkin görüntüsü çox yaşıl olmasın. Başın arxa hissəsindən başlayaraq saçları nazik ayırıb, alınan qatqı ilə saçları boyayıb, 30 dəqiqə gözləyib yumalıyıq. Verdiyimiz formulla əminik ki, siz də istədiyiniz nəticəni alacaqsınız. 

Sonda qeyd edək ki, bu ton rənglər yalnız sarı saçlardan alınır. Əgər saçlarınız qaradırsa, mütləq saç rəngini açıb sonra tonlaşdırın. Əks halda kül rəngi saçların sahibi ola bilməzsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar