“Qısa saçın sizə yaraşıb-yaraşmayacağını test edin!

Qısa saçın sizə yaraşıb-yaraşmayacağını test edin!

Qısa saç modelləri mükəmməl makiyaj və geyimlər ilə gözəl bir görüntü meydana çıxarmaqdadır. Bunun üçün əvvəlcə üzünüzün formasına uyğun qısa saç kəsimini tapmalısınız. Bu, stiliniz üçün vacibdir. Saç kəsimini üzünüzə uyğun və modern saç modelləri arasından seçsəniz, cəlbedici görünə bilərsiniz. Saç modelləri hər mövsüm, hər zaman dəyişiklik göstərir. Vacib olan sizə yaraşacaq modeli seçməkdir.

Belə görünür ki, qısa saç modelləri 2016-cı ildə daha populyar olacaq. Tez-tez kəsimə ehtiyac duymayan qısa saçlar asanlıqla üz formanız və tərzinizlə uyğunlaşa bilər.

Saçlarınızı kəsdirmək istəyir, amma qərar verməkdə çətinlik çəkirsinizsə, sizə çox asan bir qısa saç testi təqdim edəcəyik. Etməli olduğunuz şey güzgünün qarşısına keçib, qulaq ucunuzun səviyyəsindən düz bir xətkeş tutmaqdır. Boynunuzdan aşağı doğru düz tutduğunuz xətkeşi çənənizin bitdiyi yerdən işarələyin. Saç tərziniz üçün bu, hər zaman doğrunu deyən bir testdir. Yəni sizin ölçünüz 5,5 sm sərhəddi içərisindədirsə, qısa saç modellərini sınaya bilərsiniz. Amma xətkeş 5,5 sm ölçüsünü keçirsə, saçlarınızı qısa kəsdirməyin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar