“Saç uzadan 3 maska

Saç uzadan 3 maska

Saçlarınızı qidalandırmaqla yanaşı, həm də tez bir zamanda uzanmasını təmin edən 3 təsirli maska reseptini sizin üçün tapıb yazmışıq.
Saçlarınızın qısalığından və ya gec uzanmasından şikayətçisinizsə, bu maskalar sizə bu problemi həll etməyinizdə köməkçi olacaqdır. Evdə özünüzün asanlıqla hazırlayacağı bu təbii maskalar sayəsində saçlarınızın tez və qısa müddətdə uzanmasına nail ola bilərsiniz.

Küncüt maskası

  • 1 yemək qaşığı qara zirə yağı
  • 1 yemək qaşığı küncüt
  • 1 ədəd yumurtanın sarısı

Hazırlanması və tətbiqi:

Bu ərzaqları qarışdırıb masaj edərək saçlarınıza tətbiq edin. On dəqiqə saxladıqdan sonra yuyub təmizləyin. Bu maskanı həftədə bir dəfə müntəzəm şəkildə tətbiq edə bilərsiniz.

Darçın maskası

  • 2 yemək qaşığı bal
  • 1ədəd yumurta
  • 1 yemək qaşığı darçın
  • 2 yemək qaşığı ayı pəncəsi yağı

Hazırlanması və tətbiqi:

Bütün ərzaqları qarışdırıb su hamamında və ya mikrodalğalı sobada bir az qızdırın. Saçlarınızı su ilə nəmləndirdikdən sonra ilıq halda olan bu qarışığı saçınıza tətbiq edin və nəm bir dəsmalla bağlayın. 1 saat gözlədikdən sonra saçlarınızı ilıq su ilə yuyub maskanı təmizləyin. Bu maskanı da həftədə bir dəfə tətbiq edə bilərsiniz.

Qatıq maskası

  • 3 damcı limon suyu
  • 1 yemək qaşığı xına
  • 1ədəd yumurta
  • 1 yemək qaşığı qatıq

Hazırlanması və tətbiqi:

Ərzaqları qarışdırın və məcun halına gələnə kimi yoğurun. Alınan bu qarışığı bir fırça vasitəsilə saçlarınızın dibinə və uclarına tətbiq edin. Yarım saat saxladıqdan sonra ilıq su ilə yuyun. Bunu da həftədə bir dəfə tətbiq etməyiniz məsləhət görülür.

Az ləvazimat tələb olunan və çox asan hazırlanan bu maskaları davamlı olaraq tətbiq etməklə saçlarınızın tez və sürətli şəkildə uzanmasını təmin edəcəksiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar