Saçlarınızı əvvəlkinə nisbətən indi daha çox rəngləyib, fenləyirsiniz. Bu qədər çox fenlənən və rənglənən saçların nəmi azalır və nəmlənmə azaldığına görə saçlarda yanıqlar, saçqıranlar əmələ gəlir.
Günümüzdə ən aktual mövzulardan biri də saçlarımızın əvvəliki kimi uzanmamasıdır. Bunun səbəblərinə baxdığımızda, qadınların əvvəlkinə nisbətən indi daha çox stressli həyat tərzinin olmasıdır.
Qadın işlərin çoxluğundan qidalanmasına fikir vermir. Saçların sağlamlığı qidalanmağınızla birbaşa əlaqəlidir. Sağlam saça sahib olmaq üçün sağlam orqanizmaya sahib olmaq lazımdır. Gündəlik olaraq zülallı qidalar yemək şərtdir. Qırmızı ət, balıq, yumurta kimi qidalar qəbul olunmalıdır.
Saçların nəmli olmasını daima qorumaq çox vacibdir. Mağazalarda saçı nəmləndirmək üçün bir çox vasitələr mövcuddur. Arqan yağı saç uclarının nəmlənməsi üçün ən yaxşı seçimlərdən biridir.
Əvvəldə də qeyd etdiyimiz kimi rəngləmək saçlarınızın nəmini itirməsinin əsas səbəblərindəndir. Saçlarınızı tez-tez rəngləmək yerinə sadəcə diblərini rəngləməyiniz kifayətdir və saçlarınızı bütünlüklə 5-6 aydan bir rənglətdirməlisiniz.
Əslində saçların uzanması insandan insana dəyişir. Normalda saçlar bir ayda 1sm ilə 1.5 sm arasında uzanır. Əgər saçlarınız bir ayda normadan az ölçüdə uzanırsa, yuxarıda qeyd etdiyimiz usullarla uzada bilərsiniz.
Ən əsas məsələlərdən biri də saçlarınızdakı saçqıranların kəsilməsidir. Beləliklə, saçlarınız daha sağlam halda uzanacaq.