Bu üsulla saç yumaq həm saçları qoruyur, həm də zədələmir. 7 addımda doğru saç yuma texnikası Leydi.az-da!
Saçlarının gözəl və sağlam görünməsi xüsusilə xanımlar üçün vacibdir. İstər hər gün yuyun, istərsə də iki gündə bir, saçınızı yanlış şəkildə yuyursunuzsa, zədələməyiniz mümkündür. Saçları doğru şəkildə necə yumaq olur? New Yorkdan tanınmış stilist Nunzio Saviano 7 addımda saçınızı doğru şəkildə yumağın üsullarını bölüşür.
- Şampundan əvvəl saçı bir dəfə isladıb durulayın. İsti su həm dolaşmış saçın açılmasını, həm də yağların aşağı axmasını təmin edir. Beləcə, saç yuyulmağa hazırlanmış olur.
- Əgər saçınız uzundursa, əvvəlcə nəmləndirin. Əgər çiyinlərinizi keçəcək qədər uzun saçınız varsa, şampundan əvvəl saç kremindən istifadə edin. Beləcə, saçınızı zədələnməkdən daha yaxşı qoruya bilərsiniz.
- Əvvəlcə baş dərisindən başlayın. Ən yeni və sağlam saçlar baş dərisinə yaxın hissələrdədir və uclara doğru getdikcə saç daha quru olur. Şampundan istifadə edərkən gərəyindən artıq istifadə etməməyə diqqət edin. Ovuc içinizin dörddə biri qədər şampun istifadə etməyiniz bəs edəcək.
- Həssas davranın. Saçınızı yuyarkən zərər verməmək üçün çox incə davranın. Saç dərisinə yavaşca masaj edərək yuyun, daha sonra uclara doğru şampunu yayın. Saçınızın dolaşmaması üçün dairəvi hərəkətləri çox təkrarlamayın. Saçlarınızın uclarını əlinizə alıb sürətli hərəkətlərlə saçınızı zədələməyin.
- Saçınızı çox yağlı olmadığı müddətcə bir dəfə şampunlayın.
- Ortalara və uclara saç kremi vurun. Saçınızı su ilə duruladıqdan sonra saçınızdakı suyu sıxın, ondan sonra saç kremi vurun. Saç kremini baş dərinizə vurmayın, əks halda buradakı yağlılıq tarazlığını poza bilərsiniz. Mümkünsə, bir müddət kremi saçlarınızda saxlayıb, sonra yuyun. Saç kremi saçınızda nə qədər qalarsa, o qədər təsirli olar.
- Soyuq su ilə yaxalayın. Əgər dözə bilsəniz, saçınızı soyuq su ilə yaxalayın. Bu, həm baş dərinizə müsbət təsir edəcək, həm də saçlarınız daha parlaq görünəcək.