“Saçları düzləşdirmək üçün təbii vasitələr

Saçları düzləşdirmək üçün təbii vasitələr

Saçınızı düzləşdirmək üçün istifadə etdiyiniz kimyəvi maddələrin saçınız üçün olduqca zərərli təsirləri vardır. Bundan əlavə düzləşdirmək üçün fenlərdən istifadə etmək də saçınızın quruyub qırılmasına səbəb olur. Buna görə də biz sizə saçınızı düzləşdirmək üçün təbii vasitələrdən istifadə etməyi tövsiyə edirik. Evinizdə olan bir çox məhsullardan davamlı şəkildə istifadə etməklə saçınızın yumşaq və düz olmasını təmin edə bilərsiniz. Bu təbii vasitələri sizə təqdim edirik:

Hindistan qozu

Bir ədəd Hindistan qozunu sürtgəcdən keçirib içinə limon suyu əlavə edin. Bunu soyuducuda bir neçə saat saxladıqdan sonra saçınıza çəkin. İsti bir dəsmalla başınızı bağlayın. Bu formada 1 saat gözlədikdən sonra şampun ilə saçınızı yuyun və yaxşıca qurulayın. Beləliklə, saçınızın buruqları daha idarə ediləbilən hala gələcək və saçınız yumşaq olacaqdır.

Qızğın yağ müalicəsi

Bu müalicə üsulu saçın yumşaq və düz olmasına kömək edir. Zeytun yağı ilə Hindistan qozu yağını qarışdırın. Başınızın dərisinə və saçınıza bu qarışığı masaj edərək çəkin. Sonra isti dəsmalla saçınızı bağlayın. Ən az 45 dəqiqə gözlədikdən sonra şampunla yuyun. İstəsəniz bir neçə gün sonra zeytun yağını badam yağı ilə əvəz edə bilərsiniz.

Süd

Saçı düzləşdirməkdə süd ən yararlı vasitələrdəndir. Bir sprey şüşəsinə süd tökün və saçınızın tamamına püskürdün. Yarım saat gözlədikdən sonra saçınızı şampunla yuyun.

Süd və bal

Südün içinə bal töküb məcun halına gələnə kimi qarışdırın. Daha təsirli olması üçün içərisinə çiyələk və banan da əlavə edə bilərsiniz. Bu qarışığı saçınıza çəkib bir saat yarım saxlayın. Sonra şampunla yaxşıca yuyun.

Yumurta və zeytun yağı

Hər ikisi də ən yaxşı saça qulluq vasitələrindəndir. 2 yumurtanı çalın və zeytun yağı əlavə edib yaxşıca qarışdırın. Bu maskanı saçınıza çəkib ən az bir saat saxlayın. Sonra şampunla yuyun.

Bu təbii saç düzləşdirmə üsullarından bir neçə ay davamlı şəkildə istifadə etdikdən sonra saçlarınızdakı fərqi aydın görəcəksiniz. Lakin bu zaman səbrli olmalı, həftədə ən az iki dəfə bu üsullardan hər hansı birini tətbiq etməlisiniz. Ancaq bu vaxt istədiyiniz nəticəni əldə edə bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar