“Saçlarınızı yumşaltmaq üçün maska

Saçlarınızı yumşaltmaq üçün maska

Saçlarınızın nəmliyini itirməsi və tez-tez fenləmək nəticəsində yüksək istiliyə məruz qalması saç tellərinizin sərtləşməsinə səbəb olur. Saçlar fenləmək, boyamaq, rəngini açmaq kimi proseslər, hava şəraiti, stress və qidalanma nəticəsində asanlıqla zədələnir. Bütün qadınlar saçlarının həmişə baxımlı və yumşaq olmağını istəyirlər. Yediyiniz qidalar bəzən saçlarınızı kifayət qədər nəmləndirmir. Buna görə təbii maskalarla saçlarınıza nəmlilik qazandıraraq daha baxımlı, yumşaq və sağlam olmasına nail ola bilərsiniz.

Yumşaq və sağlam saçlara sahib olmaq üçün nə etməliyik?
Doğru bilinən yanlışlardan ən birincisi saçları hər gün yumağın faydalı olduğudur. Hər gün yumaq saçlarınızın nəmini itirməsinə, beləliklə də sərtləşməsinə və qırılmasına səbəb olur.
- Saçlarınızı durulayarkən isti və ya soyuq su əvəzinə soyuğa yaxın ilıq su istifadə etməlisiniz. Soyuq su saçların parıldamasını təmin edir.
- Saçlarınızı yuduqdan sonra uzun müddət qurudan fenin istiliyinə məruz qalmaması üçün suyunu dəsmal ilə yaxşıca qurulayın. Saç qurudan feni mümkün qədər qısa müddət istifadə edin.
- Həftədə bir dəfə evdə hazırlaya biləcəyiniz maskalardan istifadə edin.
Belə maskalardan birini sizə təqdim edirik.

Tərkibi:

- 1 çay qaşığı bal

- 1 çay qaşığı zeytun yağı

- 1 çay qaşığı lavanda yağı

- 1 çay qaşığı dəfnə yarpağı

- 1 çay qaşığı hind yağı

Hazırlanması və tətbiqi:
Ərzaqların hamısını təmiz bir qabda bal yumşalana kimi qarışdırın. Sonra bu qarışığı saçlarınıza tətbiq edin və nəm bir dəsmalla bağlayıb 30 dəqiqə saxladıqdan sonra yuyun. Bu maskanı davamlı olaraq həftədə bir dəfə istifadə etdiyiniz zaman fərqi hiss edəcəksiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar