İstəyərdinizmi saçınız siz yatarkən öz-özünə formaya düşsün? Günə qüsursuz bir saçla başlayıb, səhərlər daha çox yatmağınıza kömək edəcək üsullar məqaləmizdə!
Əgər qızmar yay aylarında deyilsinizsə, səhər saçınızı yuyub çıxa bilmək üçün iki seçiminiz var. Ya yaş saçlar ilə işə soyuqdan titrəyərək gedəcəksiniz, ya da qurutmaq və formaya salmaq üçün səhər açılmamış oyanacaqsınız. Halbuki xəstələnmək və ya yuxusuz qalmağa ehtiyac qalmayacaq üçüncü bir seçiminiz də var. Bir gecə əvvəldən duş qəbul etmək. Səhər oyandığınız zaman əhliləşdirilməsi mümkünsüz, dağınıq saçlarla qarşılaşmamaq üçün əvvəlcədən edəcəyiniz bir neçə şey sayəsində yastığınız ən yaxşı köməkçiniz olacaq.
Mükəmməl bir saçla oyanmağınıza səbəb olacaq və sizə vaxt qazandıracaq üsulları bir araya topladıq. Xüsusilə uzun və dalğalı saçlara sahibsinizsə, məsləhətlərimiz daha çox işinizə yarayacaq.
Saçınıza təbii görünüşlü dalğalar vermək istəyirsinizsə, sizin üçün çox asan məsləhətimiz var. Saçlarınızı hörün. Bu qədər! Gecə duş qəbul etdikdən sonra saçlarınızı tamamilə qurudun və sıx şəkildə hörün. Saçınızı sonuna qədər hörməkdənsə, ucunda 10 santimetrlik hissəsini açıq qoyun. Səhər hörüklərinizi açın və dalğalarınızı barmaqlarınız ilə formaya salın.
Köhnə Hollywood ulduzlarının zərif və yumşaq saç dalğaları vintage tərzi sevənlərin ağlını başından almağa davam edir. Səhərlər saçlarınızı burduqdan sonra daraq ilə darayaraq bu modeli əldə edə bilərsiniz. Amma axşamdan işinizi asanlaşdırmaq istəyirsinizsə, klassik üsullardan istifadə edə bilərsiniz. Söhbət biqudilərdən gedir. Artıq biqudilər asan istifadə olunacaq şəkildə dizayn edilir. İstilik verən, yataqda narahat etməyən biqudilər var. Sizin üçün ən rahat olanı seçin. Səhər saçınızı açın və bir dəfə darayın.