“Təbii üsullarla zədələnmiş saçlardan qurtulun!

Təbii üsullarla zədələnmiş saçlardan qurtulun!

Saçlarınıza qulluq üçün gözəllik salonlarına gedə və ya çox bahalı saça qulluq vasitələrindən istifadə edə bilərsiniz. Ancaq bunun daha ucuz və asan bir yolu da var. Qidalanmanıza diqqət etmək və təbii məhsullarla evdə edə biləcəyiniz saça qulluq rejimi yaratmaq. Əgər bu ikisinə diqqət etsəniz və davamlı şəkildə həyata keçirə bilsəniz, artıq gözəllik salonunda qulluq etdirməyiniz və ya bahalı saça qulluq vasitələri almağınıza ehtiyac olmayacaq. Burada vacib olan qərarlı olmaqdır.

Aşağıda saçınıza təbii parlaqlıq verəcək, qurumasının qarşısını alacaq, saç dərisinə qulluq edərək nəmləndirəcək sadə saça qulluq maskasını tapa bilərsiniz.

Evdə hazırlanması olduqca asan olan saç maskalarından biri də yumurta maskasıdır. Protein baxımından son dərəcə zəngin olan yumurta xüsusilə cansız, saç boyası və ya günəşdən zədələnmiş quru saçlar üçün məsləhətli olan maskalardandır. Vaxtınız yoxdursa, təkcə 1 yumurtanı (saçınız uzundursa, 2 yumurta) köpüklənənədək çırpın və masaj edərək saç dərinizə çəkdikdən sonra qalanını köklərdən uca doğru çəkib, 20-25 dəqiqə gözləyin. Unutmayın ki, yumurtanı nəm saçlara çəkməlisiniz. Maskanı təmizləmək üçün ilıq su və yüngül şampundan istifadə edin. Həftədə bir dəfə istifadə olunan bu yumurta maskası saçı nəmləndirir, saç dərisini yumşaldır, saça parlaqlıq verir və qırıqları azaldır.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar