“Yanmış saçlar üçün maskalar

Yanmış saçlar üçün maskalar

Bu maskaları yazmazdan əvvəl onu qeyd edək ki, maskaları tətbiq etdiyiniz dövrdə saçlarınızı rəngləməkdən, saç quruducu və ya düzləşdirici fendən uzaq durmalısınız.

Yumurta Maskası.
1 yumurta
5 xörək qaşığı Hindistan qozu yağı

Bu maskanı hazırlamaq üçün 1 yumurtanı çalıb, hindistan qozu yağını əlavə edərək qarışdırın. Hazırladığınız qarışığı saçın diblərindən uclarına doğru bütün saçınıza bərabər şəkildə çəkin. Saçınızın dərisinə də barmaq uclarınızla masaj edin. 30 dəqiqə saxladıqdan sonra ilıq su və nəmləndirici şampunla yuyun. Bu maskanı əgər dərinizdə qızartılara səbəb olmursa hər gün isifadə edə bilərsiniz.

Aloe Vera Maskası.
2 çay qaşığı aloe vera geli
2 çay qaşığı qliserin yağı
4 yemək qaşığı avokado yağı

Maskanı hazırlamaq üçün bütün inqrediyentləri bir qaba töküb qarışdırın. Qarışığı saçınızın diblərindən başlayaraq uclarına qədər çəkin. Bir miqdarını isə barmaqlarınızın ucuna tökərək saç dərinizi masaj edin. Maskanı 20-25 dəqiqə saçınızda saxladıqdan sonra nəmləndirici şampunla yuyun. Bu maskanı da istəsəniz hər gün istifadə edə bilərsiniz. Aloe vera maskası yanan saçlarınızı bərpa etməklə yanaşı, saçlarınızın daha sağlam şəkildə və tez uzanmağında da faydalıdır.

Jojoba Yağı Maskası.
1 çay qaşığı bibəriyə yağı
4 yemək qaşığı jojoba yağı

Bir qaba hər iki yağı töküb qarışdırın. Bu qarışığı əlinizə töküb saç dərinizə masaj edin və saçınızın hər tərəfinə bərabər miqdarda çəkin. 20 dəqiqə saxladıqdan sonra şampunla yuyun.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar