“Ağır məktəb çantalarına diqqət!

Ağır məktəb çantalarına diqqət!

İnkişaf edən texnologiya ilə artan gərginlikli və stressli iş şərtlərinin bir sıra fiziki pozğunluqlara səbəb olduğuna diqqət edin. Xüsusilə gündəlik həyatın imtina edilməz bir parçası olan uzunmüddətli kompüter istifadəsi və ağır çanta daşımağın 'onurğa əyriliyi' deyilən 'skolyoz'a səbəb olduğunu izah edən həkimlər belə danışdı:

"Onurğada olan deformasiya nəticəsində ortaya çıxan skolyoz ən çox bel və kürək bölgəsində olur. Kürək və çiyində ortaya çıxan bu əyrilik zaman irəlilədikcə həyata mənfi təsir etməyə başlayır. Skolyoz inkişaf edən kəslərdə kürəkdə qozbellik, bir kürək sümüyünün digərinə görə daha yuxarıda olması, çiyinin asimmetrik olması, bel və kürəkdə əyrilik kimi əlamətlər müşahidə olunur. Ayrıca bu kəslərdə yorğunluq, bel və kürək ağrısı, nəfəs darlığı kimi əlamətlər ortaya çıxır. "

Xüsusilə məktəbli uşaq və gəncləri xəbərdar edən həkimlər: "Məktəb uşaqlarının çantalarını tək əllə daşımamaqları, mümkünsə diyircəkli çanta, ya da kürək çantası şəklində çanta istifadə etmələri çox əhəmiyyətlidir. Məktəbə yeni başlayan uşaqların çantalarının ağır olmamasına da diqqət edilməlidir." dedi.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar