“Dağınıq ev uşağın zəkasına təsir edir

Dağınıq ev uşağın zəkasına təsir edir

Dağınıq evin uşaqların zehni inkişafına mənfi təsir etdiyi ortaya çıxdı. New Scientist jurnalında yayımlanan xəbərə əsasən ingilis və amerikan elm adamları 3 və 4 yaşlarındakı 8.000 uşaq üzərində apardıqları araşdırmada evdəki şəraitin uşaqlar üzərində aparılan zəka testlərinin nəticəsinə nə dərəcədə təsir etdiyini araşdırdılar.

Alimlər dağınıq evin uşağın zehni inkişafı üzərində az da olsa ölçüləbilən mənfi təsiri olduğunu müəyyənləşdirdilər. Artıq bu, elmi olaraq da ispatlanmış oldu. Buna görə də uşaqların və özümüzün zehnimizdə yorğunluq və qarışıqlıq yaratmamalıyıq.

Evdəki istifadə müddəti bitmiş əşyaları seçməyə başlayın. Dərman qutusundan geyimə, elektronikadan mətbəx əşyasına qədər hər şeyi nəzərdən keçirin. Dağınıqlıq yaradan artıq əşyalardan xilas olun.

Eyni şeyi beyninizdə də edin. Sizin kefinizi pozan, incidən düşüncələri buraxın. Yolunuzu kəsən inancları nəzərdən keçirin. Möhkəm yapışdığınız və bədəninizi xəstə edən bütün inanclarınızdan xilas olun. “Buna niyə inanıram?”, “Bu inanc hələ də mənim üçün doğrudurmu?” suallarını özünüzə verin. Bu sualların yerinə daha yaxşı inanclar yerləşdirin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar