Hindistanda bir məktəbin məktəblilərin valideynlərinə yazdığı bu məktub baxış bucağınızı dəyişdirə bilər.
Hindistanın Kolkata bölgəsindəki bir məktəb imtahanların başlamasından bir neçə həftə əvvəl valideynlərə bir məktub yolladı. Ailələrin uşaqlarını cəsarətləndirməsinin uşaqların inkişafında nə qədər vacib olduğunu sübut edən bu yazını mütləq oxuyun!
“Əziz valideynlər,
İmtahan həftəsinə qısa bir müddət qaldı. Uşağınızın uğurlu olmasını nə qədər istədiyinizi bilirik.
Amma unutmayın ki, imtahanlara girəcək tələbələr arasında riyaziyyatı yaxşı başa düşməsinə ehtiyac olmayan, gələcəyin sənətçiləri ola bilər.
Tarix və ingilis ədəbiyyatı övladınızın işinə yaramaya bilər, çünki uğurlu bir biznesmen olmaq var bəlkə də gələcəyində.
Uşağınız bir musiqiçi olacaqsa, kimya qiymətlərinin əhəmiyyəti qalmayacaq.
Ya da bir idmançı olmaqdırsa xəyalı, fizika dərsindəki uğurunun fiziki bacarıqlarından daha yaxşı olmasına ehtiyac yoxdur.
Uşağınız yaxşı qiymətlər alırsa, bu möhtəşəmdir. Amma almırsa, onun özünə olan inamını və inancını zədələməyin.
Onları sakitləşdirin, bu, sadəcə bir imtahandır. Həyatın onlar üçün daha fərqli planları olduğunu deyin.
Hansı qiyməti alırlarsa alsınlar, onları sevdiyinizi və heç vaxt mühakimə etməyəcəyinizi hiss etdirin.
Çünki bunları etdikdə özünə güvənən və həyatı boyu qarşısına çıxan maneələrlə mübarizə aparan bir uşaq görəcəksiniz. Bu imtahanın və ya aşağı qiymətin xəyallarını və qabiliyyətlərini alıb aparmasına icazə verməyin.
Unutmayın, dünyanın ən xoşbəxt insanları təkcə həkimlər və mühəndislər deyil.
Sevgilərlə,
Məktəb direktoru”