“İşləyən anaların həyatını zəhər edən 3 şey

İşləyən anaların həyatını zəhər edən 3 şey

Bir evin ilk qaydası budur: Ana yaxşıdırsa, hər şey yaxşıdır, ana kefsizdirsə, hər şey pisdir. Elə buna görə ananın öz istirahətinə vaxt ayırması lazımdır. Amma bəzən elə şeylər olur ki, enerjiniz çəkilir, əhvalınız pis olur. İşləyən analar üçün bu halların hansılar olduğunu, belə vaxtlarda nə etmək lazım gəldiyini diqqətinizə çatdıracağıq.

1. Həftə sonları dincəlmək? O nədir?

Uşaqlar sizin üçün darıxıb, həftə ərzində yığılmış işlər var, manikür etdirməli və saçlarınızı rənglətməlisiniz, uşağınızın kursu var və yəqin ki, axşama da qonaq gələcək. Bir az yuxu üçün bəlkə də nələr verməzsiniz. Bəzi xanımlar hətta birinci günlər işə tətilə gəlirmiş kimi xoşbəxt gəlir. Heç olmasa, işdə çay, qəhvə içə bildiklərini deyirlər.

Bəs bunun həlli nədir? Telefonun enerjisi necə bitirsə, insanların da enerjisi bu cür bitə bilər. Həftədə heç olmasa bir neçə saatı özünüzə ayırmasanız, səbrsiz, dözümsüz, əsəbi və incidici olmağınız qaçınılmazdır. Daha sonra yaşayacağınız peşmanlıq hissi də. Buna görə də həyat yoldaşınıza, ailənizə, uşaqlarınıza həftədə heç olmasa 3-4 saatı özünüzə ayıracağınızı deyin. Hamı bilsin ki, bu saatlar “ananın saatı”dır. Bu müddətdə qəhvə içib boş-boş tavana belə baxsanız, enerjinizin yerinə gəldiyini görəcəksiniz.

2. Diş çıxarma və qrip dövrləri

Yuxusuz və daha da pisi uşağınızın sağlamlığı üçün narahat olaraq keçirdiyiniz gecələrdən sonra eyni saatda işdə olmaq məcburiyyəti, görüləsi işlər, hətta bəlkə də anlayışsız müdir. “Görəsən necə oldu?”, “Temperaturu düşdümü?” kimi suallar daim beyninizdə fırlanır. Xəstəliyin ən pis olduğu günlərdə müdiriniz yaxşı biridirsə, sizə icazə verəcəkdir. Əgər icazə verməyəcəksə, illik icazənizdən istifadə edib, evdə qalmaq ən yaxşısıdır. Onsuz da ağlınız hal-hazırda evdədir.

3. “Mən niyə yaşayıram?” dövrünə başlamaq

Yat, qalx, iş, yat, qalx, iş... Hər gün eyni şeyləri etmək bir yerdən sonra insanın yaradıcılığını, həvəsini, enerjisini alıb, aparır. Bundan xilas olmağın tək yolu özünüzə vaxt ayırmaqdır. Hər gün günorta yeməyini eyni yerdə yemək yerinə, günorta dəniz kənarına getmək, bir həftə sonu uşaqlar olmadan qısa tətil etmək, bir dostunuzla görüşüb, axşam yeməyi yemək elə də çətin olmayacaq.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar