“İştahsız uşaqların valideynlərinə məsləhətlər

İştahsız uşaqların valideynlərinə məsləhətlər

“Övladım yemək yemir” - deyə narahat olan anaların sayı heç də az deyil. Məqaləmizdə övladlarındakı yemək yemə problemlərinin həllini axtaran analara məsləhətlər verəcəyik.

Analar, adətən, hər yolu sınadıqları halda, uşaqlarını yedizdirməkdə uğurlu olmadıqlarını deyirlər. Övladının çox az yediyi, yemək seçdiyi, bir çox qidanı yemək istəmədiyi, heç acmadığı, ya da acdığını demədiyi, yemək süfrəsində oturmaq istəmədiyi, oyunla və ya televizor qarşısında qidalandığı, qaşıq görəndə narahat olduğu barəsində bir çox analar həmfikirdir. Anaların buna görə uşaqlarına təzyiq göstərməsi və yemək yeməsi üçün məcbur etməsi uşağın psixologiyasına pis təsir edə bilər.

Yemək yeməmək 1 yaşına yaxınlaşan uşaqların təxminən 40 faizində rast gəlinən bir problemdir. 1 yaşından etibarən uşaqların böyümə sürətləri və enerji ehtiyacları nisbətən azalmış, ətrafa marağı artmış və qidalanma ikinci plana düşmüş olur. Bu hal keçicidir. Uşaqların çoxu qısa müddətdə düzəlir. Ancaq 1-2% uşaqda qidalanma problemləri davam edə bilər.

Qidalanma problemlərinin davam etməsində təkcə uşağın öz xarakteri rol oynamır. Valideynlərin məcbur etməsi, səhv qidalandırma üsulları da vacib əhəmiyyətə malikdir. Tətbiq olunan üsul və hərəkətlərin dəyişdirilməsi, təzyiq və məcbur etmə hallarının ortadan qalxması qidalanma problemlərinin aradan qalxmasında böyük rol oynayacaqdır.

Bəs uşaqlar hansı üsulla qidalandırılmalıdır?

- Uşaqlar 3-4 saatlıq aralıqlar ilə qidalanmalıdır. Əgər çox qidalanırlarsa, aralıq qidalanmalarda süd, meyvə şirəsi kimi içkilər azaldılmalıdır. Çox su içirlərsə, təkcə susadıqda su verilməlidir. Yeməklərdən 1 saat əvvəl maye qidaların qəbulu dayandırılmalıdır.

- Uşaqlara kiçik porsiyalar verilməlidir. İstədiyi zaman əlavə edə bilərsiniz. Bu şəkildə özü də iştirak etmiş olar və məcbur edilməz.

- Uşaqlar valideynlərinin istədiyi qədər yox, toxluq hiss edənədək yeməlidirlər. Yemək barəsində məcbur edilməməli, ancaq hamı yeməyini bitirənədək süfrədə qalması təmin olunmalıdır. Uşaqlar toxluğu hiss edəcək qədər süfrədə qalmadıqları müddətcə toxluq hissini öyrənə bilməzlər.

- Qidalanma 20-30 dəqiqədən çox çəkməməlidir. Uzun müddət yeməyin çox yeməyə nəzərəçarpan bir təsiri yoxdur. Qidalanma vərdişinə müsbət təsir göstərməz, hətta növbəti yemək saatınadək uşağın acmasına maneə ola bilər.

- Nə qədər çox və ya az yediyinə baxılaraq mükafat və ya cəzalandırma məsləhət görülmür. Yemək yemək əsla bir performans olaraq dəyərləndirilməməlidir. Uşağın özünün qaşıqla qidalanmasına imkan verilməli və bu şəkildə bacarıqları sözlərlə mükafatlandırılmalıdır.

- Qidalanma müddətində televizor işləməməli, masada və ətrafda olan oyuncaqlar və diqqəti çəkən şeylər götürülməlidir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar