“Körpələrin yuxu probleminin həlli tapıldı

Körpələrin yuxu probleminin həlli tapıldı

0-3 yaş aralığında müşahidə olunan yuxusuzluq problemi, bəzən növbəti yaş mərhələlərinə qədər davam edir. Valideyinlərin diqqət və qayğısı ilə qısa müddətdə mərhələ-mərhələ həll edilə biləcək olan bu problem uşaqların bioloji, ictimai və psixoloji inkişafı üçün vacib əhəmiyyətə malikdir.
Körpəlik və uşaqlıq dövründə qidalanma kimi yuxu da vacib məsələlərdən biridir. Ailələr uşaqların yatması üçün bütün alternativlərdən istifadə etsələr də bəzən nəticəsi olmur. Körpəniz yatmırsa, ilk növbədə fiziki narahatlığının olmadığından əmin olmaq üçün həkimə aparın.

Körpəniz ilə vaxtınızı dəyərli keçirin

Yuxu mövzusunda bilinən həqiqətlərdən biri də uşaqların evin içindəki mühitdən təsirlənməsidir. Narahatlıq, yorğunluq, qorxu hissi keçirəndə, enerjili, kefsiz olanda yata bilmirlər və ailə üzvlərindən biri belə bu hissləri keçirərsə, uşaqlara tez təsir edər və yuxu pozğunluğu yaradar. Mütəxəssislərin sözlərinə görə, uşaqların yatmaq istəməməyinin əsas səbəbi ana və atası ilə az vaxt keçirməyidir. Övladlarınız ilə daha çox vaxt keçirin, onlarla oyun oynayın və ya kitab oxuyun. Bəzən bütün günü övladınız ilə bir yerdə ola bilərsiniz, ancaq bu vaxtınızı ona ayırdığınızı, onu çox istədiyinizi göstərmir. Vaxtınızı dəyərli keçirin. Bir yerdə şəkil çəkin, oyun oynayın, çizgi filmi izləyin və ya uşağınız ən çox nə etməkdən zövq alırsa, birlikdə onu edin. Bəzi keçid dövrlərində və ya dəyişikliklər yaşayanda yuxu pozğunluğu olur. Məktəbə başlamaq, yeni bacı və ya qardaşının


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar