Uşağını tez-tez qucağına alan ana bunu azaltmalıdırmı? Körpənin qucağa alınması ilə bağlı mütəxəssislərin müxtəlif fikirləri olması ilə yanaşı, xalq arasında da “uşaq qucağa öyrəşdi, tərgitmək lazımdır” şəklində düşüncə var. Bəs bu inanclar düzgündürmü? Körpə ilə ana arasında vacib bir əlaqə və bağlanma forması olan qucağa almaq azaldılmalı olan bir hərəkətdirmi? Körpə sadəcə anasının qucağında yata bilirsə, onda nə etmək lazımdır? Ana övladını hansı sıxlıqla qucağına almalıdır?
Ana ilə körpə ilk dəfə doğumdan sonra bir-birlərini görür, toxunur və bir-birini kəşf etməyə başlayır. İlk aylarda körpə anaya, ana isə körpəyə bağlıdır. Bu dövrdə körpənin güvən hissini yaradan ilk məqam ananın daim qucaqlayan varlığı olur. Bu səbəbdən də qucağa alma sıxlığı kimi bir planlamadan söhbət gedə bilməz. Ananın vasitəsilə həyatda qalacaq olan körpənin hər ehtiyacı olduğu zaman ananın varlığını hiss etməsi vacibdir.
Uşağın tez-tez qucağa alınması əzələ inkişafına təsir göstərir.
Körpənin 6 aydan sonra ilk aylardakı qədər qucaqda saxlanması sadəcə əzələ inkişafının gecikməsinə deyil, bir çox şeylərin yaranmasına da əngəl ola bilər.
Bəs qucaqda yatmağa öyrəşən körpə ilə necə davranmalı?
Yuxu anadan ayrılmağın sınaqdan keçirildiyi bir günlük həyat rutinidir. İlk aylarda təkbaşına yuxuya getmək körpə üçün çətin və narahatedici ola bilər. 6 aydan etibarən isə uşağı qucaqda rahatlaşdırdıqdan sonra qısa aralıqlar ilə yatağına qoyub yenidən götürərək, yavaş-yavaş yuxuya təkbaşına keçməsini öyrədə bilərsiniz. Bu həm ana, həm də körpə üçün daha asan metod olacaqdır.
İlk il ana üçün də, körpə üçün də vacibdir.
İlk il ana üçün olduğu qədər, körpə üçün də çətinliklərlə doludur. Buna baxmayaraq, ana həll yolu tapmaqdan və ən vacibi də uşağın böyüməsindən zövq almaqdan özünü məhrum etməməlidir. Ana üçün də, körpə üçün də həyatın ilk ilini gözəl keçirmək vacibdir.