“Məktəbə gedən uşaqlarınıza necə davranmalısınız

Məktəbə gedən uşaqlarınıza necə davranmalısınız

Məktəbə yeni başlayan uşaqlarınızın üzərində yaranan gərginliyi azaltmaq nailiyyətlərini artırmaq üçün unlara diqqət etməlisiniz.
Sərbəst və maraqlı bir yay tətilindən sonra qapalı bir məkanda, bir müəllimlə birgə dərs keçmək uşaqlarda gərginlik yarada bilir. Psixoloqlar bu ərəfədə valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyir və bu mövzuda onlara bir çox məsləhətlər verirlər. Bu məsləhətləri nəzərinizə çatdırırıq.

Uşağınızın pozitiv yanlarına fokuslanın

Uşaqlar hansı sinifdə olursa olsun həmişə bir təlim təlaşı və yarışı içində olurlar. İlk məktəbə başladıqları gündən etibarən məktəb tapşırıqları, fərdi hazırlıqlar və s. ilə əhatələnən uşaqlarda stress, qorxu, içə qapanıqlıq kimi bir çox psixoloji problemlər yarana bilir. Mütəxəssislər bu zaman valideynlərə hər zaman müsbət fikirdə olmağı, uşağın pozitiv yanlarına fokuslanmağı tövsiyə edirlər.

Səhərlər uşağınızı öpün

Ibtidadi sinfə yeni başlayan uşaqların anaları daha anlayışlı olmalıdır deyən psixoloqlar onlara bu tövsiyələri verirlər: “Uşaq ilk gündən sizdən ayrılmaq istəmədiyi üçün bu ilk günlərdə onların yanında olun. Mümkün qədər sevgi dolu olun. Səhər oyanmaqda çətinlik çəkərsə, ona hirslənmək yerinə, sevərək, əzizləyərək oyandırın. Məktəbə yola salarkən qucaqlayıb öpün və müvəffəqiyyət arzulayın.” Çünki təhdit, azarlamaq və hirslənmək uşağınızın sizdən uzaqlaşmasına səbəb olur.

Uşağınıza qarşı hər zaman müsbət və anlayışlı davranın

Dərslərindən yaxşı qiymətlər almayan uşaqlara hirslənməməlisiniz. Uşağınıza nə desəniz, onda bu duyğunun inkişafına səbəb olarsınız. Məsələn, uşağınıza tez-tez “tənbəl”, “məsuliyyətsiz” dediyiniz zaman bu sözlər bir müddət sonra davranışlara çevrilə bilər. Ona görə də ona hər zaman “eybi yox gələn dəfə daha yaxşı qiymət alarsan” deyin. Uşaqlarda şüuraltı saf oduğu üçün müsbət sözləri tez qəbul edəcəkdir. Ərköyün olar deyə qorxub yaxşı sözlərdən və tərifləməkdən çəkinməyin və tez-tez “afərin” deyin.

Uşağınıza nə dediyinizdən çox necə dediyiniz əsasdır. Onlarla sevgi dolu sözlərlə danışın. Hər mövzuda fikirlərini soruşun. Unutmayın ki, uşaqlarla yaxşı anlaşmağın ən yaxşı yolu onlarla yaxşı rəftar etmək və xoş sözlərlə danışmaqdır.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar