Ana olmaq çox gözəl hissdir. Bəs oğlan övladına sahib olmağın gözəl cəhətləri nələrdir? Sizin üçün bunları qeyd etdik.
- Kiçik də olsa bir kişinin ilk məhəbbəti olacaqsınız.
- Qalstuk, pencək geyinən kiçik bir adam yaradacaq, həyat yoldaşınıza geyindirə bilmədiyiniz zövqlü geyimləri ona geyindirə biləcəksiniz.
- Ən sevdiyiniz kişinin miniatür bir kopyası hər an yanınızda olacaq.
- Onun arxasınca qaçıb, tökdüklərini yığmaq onsuz da uzun çəkəcəyi üçün əlavə diet və idmana ehtiyac qalmayacaq.
- Həyat yoldaşınızdan daha çox sevə biləcəyiniz başqa bir kişinin olmadığını düşündüyünüz halda, əksini ispat edəcək kiçik bir şahzadəyə vurulacaqsınız.
- Maşınlar haqqında çoxlu məlumata sahib olacaq, indiyədək heç eşitmədiyiniz şeyləri belə öyrənəcəksiniz.
- Sizin ən yaxın dostunuz, sirdaşınız, dərd ortağınız olacaq.
- Futbol və topa artıq əvvəlki qədər nifrət etməyəcəksiniz.
- “Sən kişi söhbətindən anlamazsan” sözü daha sizin üçün keçərli olmayacaq.
- Özünüzdən asılı olmadan artıq kişilərin dünyasına daxil olacaqsınız.