“Qış aylarında sağlam bir hamiləlik üçün bir neçə tövsiyə

Qış aylarında sağlam bir hamiləlik üçün bir neçə tövsiyə

Qışda sağlamlığınızı qorumaq üçün metabolizminizi xəstəliklərə dözümlü hala gətirməyiniz lazımdır. Bunun üçün də kifayət qədər və balanslı şəkildə qidalanmalısınız. Qış aylarında sağlam hamiləlik keçirtmək üçün qidalanma ilə yanaşı digər əməl etməli olduğunuz tövsiyələri sizinlə paylaşırıq.

1. Gün ərzində hər bir qida qrubundan kifayət qədər qəbul etməlisiniz. Ehtiyacınız olan protein, karbonhidrat, yağ, vitamin və mineralları qidalardan almağa üstünlük verin.

2. Qış aylarında immun sisteminə kömək edən A və C vitaminlərini kök, qabaq, yaşıl bibər, gül kələmi, göyərti və digər meyvə-tərəvəzləri yeyərək qəbul edə bilərsiniz.

3. Vaxt keçirdiyiniz yerlərin sağlam havalandırma sisteminin olmasına diqqət edin. Çünki havalandırmanın olmaması həm yoluxucu xəstəliklərin daha tez və asan yayılmasına səbəb olur, həm də hava kirliliyi körpənizə zərər verə bilər. 

4. Pəncərələri və qapıları tez-tez açaraq evdəki havanı təmizləyə bilər, mətbəx və vanna otağındakı havalandırma cihazlarından istifadə edə bilərsiniz.

5. Əgər havası çox çirkli olan bir şəhərdə yaşayırsınızsa, havanın çirkliliyinin artdığı vaxtlarda çox bayıra çıxmamağa və krant sularından istifadə etməməyə çalışın.

6. Evinizdə heç bir halda siqaret çəkilməsinə icazə verməyin və siqaretin çox istifadə edildiyi, havalandırmanın olmadığı kafe, restoran kimi məkanlardan uzaq durmağa çalışın.

7. Hamiləlik dövründə dəriniz daha həssas olur və daha çox qulluğa ehtiyacı olur. Xüsusilə də soyuq havalarda dəriniz quruyub çatlaya bilər. Çatlaqlar isə infeksiya riskini artırır. Buna görə əllərinizi və üzünüzü ilıq su ilə yumalısınız.

8. Qış aylarında daha çox yayılan xəstəlik olan qripə yoluxmamaq üçün qapalı və insanların çox olduğu yerlərdə uzun müddət qalmamalı və əllərinizi tez-tez yumalısınız.

Qışda necə geyinilməlidir?

1. Qışda hamilə geyimində bir dənə qalın paltar yerinə qat-qat, ancaq narahat etməyəcək yumşaq paltarlar geyinilməsi tövsiyə edilir.

2. Sintetik və polyester parçalar əvəzinə pambıq parçalar seçməlisiniz və tərləməməyə diqqət göstərməlisiniz.

3. Paltarlarınızda qara rəng yerinə müxtəlif rənglərə üstünlük verməyiniz həm gözəlliyinizi ön plana çıxarmağınıza şərait yaradır, həm də canlı rənglər enerjiləri ilə stressdən və pessimizmdən uzaqlaşmağınıza kömək olar.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar