“Qiymətləri pis olan uşaqlar ilə necə rəftar etməli?

Qiymətləri pis olan uşaqlar ilə necə rəftar etməli?

Artıq məktəb bitdi və uşaqlar da yekun qiymətlərini aldı. Uşaqlar qədər ata-analar da həyəcanlıdır. Amma zəif qiymətlərə görə yay tətili kabusa çevrilə bilər. Zəif qiymətlərin səbəbi diqqətsizlik, hiperaktivlik, öyrənmə çətinliyi kimi bir çox səbəb ola bilər. Qiymət vərəqəsindəki uğursuzluq təkcə uşaqdan qaynaqlanmır. Bu qiymətlərdən valideynlər də dərs çıxarmalıdır. Həmçinin, uşaqda psixoloji problemlərə səbəb olan cəza üsulu tətbiq etməkdən də qaçın.

Qiymətlər təkcə uşaqlara aid deyil. Ata-ana və müəllimlər də nəticələrdən dərs çıxarmalıdır. Ancaq müsbət şeyləri özündən sayma səbəbindən valideynlər, adətən, qiymətlər yüksək olduğu halda özünə pay çıxarıb, qiymətlər zəifdirsə bu çatışmazlıqla uşağı cəzalandırmağa meyillidirlər.

Nəticənin necə olmasından asılı olmayaraq səbəbləri özümüzdə axtarmaq daha effektivdir. Əks halda çatışmazlıqlar artan templə çoxala bilər. Qiymətlərin sadəcə uşağın məktəbdə göstərdiyi performansla əlaqəli olduğunu, zəkası və şəxsiyyəti ilə bağlı bir dəyərləndirmə olmadığını unutmamalısınız. Ediləcək şeylərə və yaradılacaq proqrama mütləq uşaqları da daxil etməlisiniz.

Cəza üsulu əksinə xoşagəlməz hallar yarada bilər.

Qiymət vərəqəsi sadəcə yol göstəricidir. Bu halı öz şəxsiyyətlərinə yaraşdırmayan valideynlər onları cəzalandıraraq və ya istəmədiyi şeyləri onlara etdirərək özlərini bu uğursuzluğun xaricində saxlamağa çalışırlar. Cəza üsulu heç bir fayda gətirməməklə yanaşı, uşağın ata-ana ilə əlaqələrinin pozulmasına da səbəb olur. Bu dövrdə ailənin göstərəcəyi səhv hərəkətlər uşaqda yalan danışmaq, evdən qaçmaq və intihata meyillilik kimi halların ortaya çıxmasına səbəb ola bilər. Digər tərəfdən valideynlər uğur qarşısında uşaqlarını həddindən artıq mükafatlandırmağa da meyillidir. Bu hallarda uşağa maddi mükafatlar verməkdən əlavə onu dəstəklədiyinizi də hiss etdirməlisiniz. Çünki bəzən uşaqlar maddi mükafatları istismar etməyə də çalışa bilər. Onları möhkəm qucaqlamaq, ürəkdən gələn bir təşəkkür, qürurlu bir “afərin” sözü uşaqlara mükafat kimi mənimsədilməlidir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar